S.Vurǧunun dərin ilhamlı lirikası... mədəniyyətimizin qızıl fonduna daxil olmuşdur (M.Hüseyn); “Ədəbiyyat və incəsənət” qəzetinin son nömrəsində gedən şeirlərin bir qismi sönükdür.
Günəşin ilk ilıq şüaları sularda oynaşırdı (S.Vəliyev); Bu nadir möcüzə, hiss edir soyuǧu, istini (R.Rza).
İstilər çəkilmişdi, lakin havada xoş ilıqlıq var idi (Çəmənzəminli); Bu sualların buz soyuqluǧunu Məryəm bütün bədəni ilə hiss etdi (Elçin).
Dünyada hər könül yüksəliş arar; Varlıǧın nə ilki, nə axırı var (S.Vurǧun).
Bədənin məriz və illətli hissəsi salamat olan hissəsinə kömək əvəzinə aǧırlıq və əziyyət yetirir... (F.Köçərli).
Gülsabahın atası çox inad adamdı (Ə.Vəliyev); Kasıbsan, üzüyolasan, işləyənsən (Mir Cəlal).
İnadcıl qızın da başına görün nə gəldi (G.Hüseynoǧlu); Yeja bu sadəlövh adamın beynəlxalq vəziyyətlə tanış olmasına heyrət edərək düşündü (S.Vəliyev).
O da bilir ki, sən inadkarsan (S.Vəliyev); Qıraqdan qulaq asan, lakin onu görməyən adam güman edirdi ki, kabinetdə Anketovdan başqa beş-altı nəfər üzüyola, sakit baǧça uşaǧı var (Mir Cəlal).
İnamsız hərəkətləri bizi təngə gətirdi. Öz ətrafımıza etibarlı adamlar yıǧaq (S.Vəliyev).
Axı bu inamsızlıq nədən irəli gəlir? (İ.Şıxlı); Bizim yanımızda öz etibarlılıǧını itirmişdir (“Azərbaycan”).
Arvadım, arvadım, sən bir qədər incə sözlər öyrənsəydin, heç zərər görməzdin (C.Cabbarlı); Mən burada kobud bir səhv buraxdım (Mir Cəlal).
O qanadlı gəncin sadə; Təmiz, incə ruhu vardı (N.Rəfibəyli); Buna görə də aǧzından ara-sıra sərt sözlər də çıxırdı (M.İbrahimov).
Gözəllik, incəlik, sevgi, vəfa insandan ayrılmaz (S.Rüstəm); Mən onun hərəkətində bir kobudluq hiss edirəm.
Düzü belədir, hər halda bu incəliyi nəzərə almaq lazımdır (M.Talıbov); İncəlir hər qabalıq sənətdən (H.Cavid).
Hərzəvü hədyan oxumaqdan; İncəldi uşaǧım (M.Ə.Sabir); Bəlkə, heç kökəlməyəcək (S.S.Axundov).