Baǧlamaram mən də hisli yaylıǧı (A.Şaiq); Orda hava təmizdir, dəniz yaxın (R.Rza).
Böyük bir yazıçı deyib ki, bic və hiyləgər adamlar hamını aldadıb tora sala bilərlər (M.İbrahimov); O yaxşı gündə nəcib və xeyirxahdır, ürəyi genişdir, səxavətlidir, mərd və qayǧıkeşdi (M.İbrahimov).
Onun bu hərəkətlərində bir sünilik, naşı bir hiyləgərlik duyulur (Mir Cəlal); Məncə, bu mərdlikdir dünyanın varı? (S.Vurǧun).
Hoqqabazdır, gündə bir oyun çıxardır. Bir tanışdır, bizim fəhlədir; Ancaq dərrakəli, mərddir, zirəkdir (S.Vurǧun).
..Qocaldın, gərək cavanlıq hoqqabazlıqlarından əl çəkəsən, çünki ölümə yaxın olduqca cavanlıqdan bir o qədər uzaqlaşırsan (“Qabusnamə”); Üzündən, gözündən mərdlik tökülür (S.Vurǧun).
Atası kimi təkəbbür, kinli, höcət, qoçaq bir dəliqanlıdır (S.S.Axundov); Kasıbsan, üzüyolasan, işləyənsən (Mir Cəlal).
Ondan da zəhərli və hökmlü bir səslə dedi (M.İbrahimov); Ancaq Sabit Mirzə onun ... aǧımtıl üzündə nurlu, mülayim bir təbəssüm gördü (İ.Məlikzadə).
İkiəlli üzümü qapayıb hönkürdüm (S.Qədirzadə); Gül, amma qaqqıldama (Mir Cəlal).
Sevincimdən hönkürtü ilə aǧladım (M.Talıbov); Hər tərəfdən qəhqəhələr ucaldı (S.S.Axundov).
Əziz stolun üstünə salınmış üstü butalı göy süfrənin saçaqlarını gah qız teli kimi hörür, gah da açırdı (Ə.Vəliyev).
Özü də aǧıllı, sadə, hörmətcil bir qızdır (S.Qədirzadə); Çox kobud, qanacaqsız qadındır.
Hörmətcilliyinə hörmətcildi, amma kobudluǧu da var (“Azərbaycan”).
Ancaq yadında möhkəm saxla ki, mən hövsələli adamam (C.Əmirov); Kişi, sən nə səbirsiz adamsan (S.S.Axundov).
Tələsir yanmış ürək – hövsələsiz quşcuǧazım; Qalmamış səbri daha, fəryadı, fəǧanı sevir (Şəhriyar); Çox təmkinli kişidir (A.Məmmədrza).
Bizim borcumuz səbirli olmaqdır, ay Rüstəm, hövsələsizlik eləyib hər şeyi üzlərinə vursaq, onlar da dartınıb ipi-örkəni qırarlar (M.İbrahimov); Bu yerdə səbirlilik tələb olunur.