Qadının baxışlarında həsəd oxunurdu. Ürəkləri çox təmizdir, söz deyirsən dərk edirlər, götürürlər (M.İbrahimov).
Necə dözmək olar bəs; Əbədi həsrətinə (R.Rza); Çəkilin, ey düşüncələr, çəkilin; Vüsal günü gələcək (R.Rza).
Bəli, yoldaş mayor, mən həvəskar sürücüyəm (C.Əmirov); Peşəkar futbolçudur.
Həvəslə şərab içməyə başladı (S.Vəliyev); Ulduz mənim idi, onu məndən zorla, güclə aldılar, mənim namusumu ayaqladılar (M.İbrahimov).
Qan həyalı, namuslu qadının başına sıçradı, əlini çəkib şala büründü (S.S.Axundov); Hamınız əxlaqsız, murdar tayfasınız (S.Qədirzadə).
Həyalılıǧını nümayiş etdirməyə can atırdı (“Ulduz”); Hələ gözlə, sənin bu ocaǧına namussuzluq ləkəsi yaxmasınlar (M.İbrahimov).
Ölüm, həyat yanaşıdır əzəldən (H.Hüseynzadə).
Qadın bir az da həyəcanlandı (İ.Fərzəliyev); Mən yenə sakitləşdim (S.Qədirzadə)
Əsmət həyəcanlı gəldi haraya; Polad itələdi kənara onu (M.Rahim); Şirzad adəti üzrə sakit görünürdü (M.İbrahimov).
Nə həzin sədan gəlir, ey sevimli bulaǧım (S.S.Axundov); Mərdanəlik cəvahiri günəş kimi işıq saçar; Xoş ülfətin ürəkaçan, uca qəlbin alicənab (Şəhriyar).
Sevən bilir xal nədir; Hicran nə, vüsal nədir (M.Rahim).
Zeyil bunları düşünərək hiddətlənir, coşur (Çəmənzəminli); Şamxal bir az sakitləşdi (İ.Şıxlı).
Hır-hır hırıldayacaq, zəhərləsəm də onu (S.Rüstəm); Elə hey zırıldayırdı ("Ulduz")
Zərnigar xanım daha da hirsləndi (İ.Şıxlı); Qaçay bununla özünü sakitləşdirməyə çalışmışdı (İ.Məlikzadə).
A kişi, sən nə hirsli adammışsan (Ə.Haqverdiyev); Neçin belə sakit oturmuşam mən? (B.Vahabzadə).