Yox, bu məndən də havalıdır, rəhbər olmaq istəyir (M.İbrahimov); Sevda aǧıllı qız idi (İ.Fərzəliyev).
Yenidən hay-küy qopanda Kamal otura bilməyib zalı tərk etdi (M.İbrahimov); Zalda elə sakitlik yaranmışdı ki, onların hər bir hərəkəti və xüsusən ayaq səsləri eşidilir, əzici təsir baǧışlayırdı (M.İbrahimov).
Göstərmə o gül çöhrəni, qoy bilməsin aləm; Hazırda bizim əsrdə cənnət yenə vardır (Ə.Vahid); Hər obada mən varam; Qəlbinizdə çaǧlaram; Dilinizdə qaynaram; Gələcəkdə yaşaram! (B.Vahabzadə).
Heç, elə-belə gəldik baş çəkək (C.Cabbarlı); Hə, o mənə Qarabaǧdan, Eloǧlundan çox danışdı (S.Rəhimov).
Lakin mən bu heçlikdə də bir həqiqətəm (C.Cabbarlı); Yaşamaz eşqsiz, ruhsuz sənətkar; Onun varlıǧı da quru sümükdür (S.Vurǧun).
Məni çəkə-çəkə hey apardılar; Gördüm qayıqdadır o qoçaq Eldar (S.Vurǧun); Əntiqə hardan özünə cürət verib aǧasından soruşdu (Mir Cəlal).
Heybətli bir mənzərə zühur etdi (S.S.Axundov); İlyas diksindi və keçmişin şirin və nəşəli xatirələrindən ayrıldı (M.S.Ordubadi).
Yanardaǧ, son sözümdür. Solmaz sabah ölməlidir. Hə, ya yox (C.Cabbarlı).
İnsanın xoş xəyalı çevrilir həqiqətə (S.Rüstəm).
Getdi Telli xanım, getdi çal-çaǧır; Həqiqət belədir, yalan neyləsin (H.Hüseynzadə).
Həqiqi dost çox gec ələ gələr (M.Talıbov); O da arvadı kimi yalançı və lovǧa idi (C.Əmirov).
Əşrəf həyatında hələ heç bir qəhrəmanlıq eləməmişdi (S.Rəhman); Sonra yenidən düşüncəyə daldı (M.İbrahimov).
Hələlik onlar öz aralarında barışa bilmirdilər (M.S.Ordubadi); Qızım, onların qanadları həmişəlik deyildir, onlar töküləcəkdir (S.S.Axundov).
O ən sadə, ən həlim, ən gözəl bir qız idi (M.S.Ordubadi); O nədənsə axır illərdə əvvəlki kimi sərt təbiətli deyildi (S.Hüseyn).
Qoca kişi həlimləşmişdi (“Ulduz”); Hava sərtləşir (M.İbrahimov).