Eyni zamanda ürəkdə bir-birindən gileyli idilər (M.İbrahimov); Leyla razı idi öz əməlindən; O, zəhər içmişdi eşqin əlindən (B.Vahabzadə).
Yedəyində də bir at, atın üstündə bir cüt çuval və çuvalın içində bir növ girdə şeylər (Ə.Haqverdiyev); Yuxarıda, böyük evin yastı damı üstündə bir oǧlan uşaǧı məhəccər qıraǧında dayanmışdı (Ə.Məmmədxanlı).
Bu taxta, mebel üçün yaramaz, çox girintisi, çıxıntısı var.
Əziz müxtəsər bir giriş sözü söylədi (Ə.Vəliyev); Sədr son sözündə qeyd etdi ki, Vəli öz günahlarını boynuna alır.
Gah gizli, gah aşkar; Ayaq basar hər yerə (A.Şaiq).
Yəqin bir-birinə gizlin sözləri varmış (M.Hüseyn); Buna görə də qızını yola salarkən açıq ürəklə Həsəni evə gətirməyi ona tapşırardı (M.İbrahimov).
Gödək atıldı vurdu uzunun başına, uzun dedi: – Əcəb yadıma saldın (Ata. sözü).
...Ömrümün belə gödəkliyindən şikayətlənməzdim (S.Qədirzadə); Katibin son sözləri onu o qədər tutmuşdu ki, gəldiyi yolun uzunluǧunu belə duymadı (Ə.Vəliyev).
Uzanacaq kölgələr; Gödələcək kölgələr; İdman et hər səhər (İ.Tapdıq).
Ancaq hər ehtimala qarşı Səttarın barmaq izlərini ekspertizaya göndərmək lazımdır (H.Nadir); Lazımdırsa, gətirim, açın baxın (H.Nadir).
Görüş üçün günortadan əlverişli vaxt tapmaq olmazdı (M.İbrahimov); Vidalaşma vaxtı gəlib çatdı (H.Nadir).
Bakı varlıları ilə görüşmək və vidalaşmaq qərarına gəlmişdi (M.S.Ordubadi).
Aǧzına bax, tikə götür (Ata. sözü); Kərim kitabı büküb pəncərəyə qoydu.
Eybi yoxdur, göyçək xanımların haqqında hamı danışır (Ə.Haqverdiyev); Molla qoca, çopur, çirkin, yoxsul adam idi (Mir Cəlal).
Zərifə ilin müəyyən vaxtlarında kökəlir və ya arıqlayır. Buna münasib də gah göyçəkləşir, gah da çirkinləşirdi. ("Azərbaycan")