Mehriban Zeynalı elə halda görüncə qorxub geri- lədi (S.Hüseyn); Küləyin müqavimətini qıraraq yüngülcə qaçıb irəlilədi (M.İbrahimov).
– Bəri gəl, cənab, – deyə qadın təkrar edərkən soldat bir neçə addım da gerilədi, cəld tüfəngini atəşə hazırladı (M.Hüseyn); Qəzet gərək operativ olsun, həyatla ayaqlaşsın (C.Əmirov).
Gərsin sinəsini acıya, dərdə; Ensin geriliyin pərdəsi, ensin (S.Rüstəm); Bu saat böyük quruluş və inkişaf işi gedir (Mir Cəlal).
İndi ikisi də sübh açılandan gedib, bir də qaş qaralanda qayıdır (S.Qədirzadə).
Şıq geyimli bu azərbaycanlı əsgərin ayaǧında haradansa ələ keçirdiyi təzə uzunboǧaz çəkmə vardı (S.Qədirzadə); Çılpaq bədənini ona göstərərək müxtəlif fiqurlar edir (S.Vəliyev).
Başıaçıq, sakit duruşlu, bahar geyimli rus, sanki onun üzünə gülürdü (Mir Cəlal); Yaşarmış vəqfi-sevda, safü üryan (H.Cavid).
Mən paltomu geyinmişdim (İ.Məlikzadə); Əli yataǧının üstündə paltarını soyundu (Çəmənzəminli).
Çingiz, məhəbbət aləmində bəy, gəda yoxdur, mən səni sevirəm, sən də məni (S.S.Axundov).
Mən isə adətim üzrə keçmişi yox, ancaq gələcəyi düşünürəm (M.İbrahimov).
Buna görə də Lyudmila bir drujinaçı kimi Aǧəlinin gəlir mənbəyini aşkara çıxarmaǧı qərara almışdı (C.Əmirov); De görüm, onlardan nədir səmərə? Bəlkə də hər kəsə çatır zərəri (M.Ə.Sabir).
Camaat üçün nə mənfəətlidir, nə gəlirlidir onu əksin (B.Bayramov); Zərərli otları məhv etmək lazımdır.
Gəlmələr yerliləri;
Çapar da, talayar da... (B.Vahabzadə).
Mən anadan dünyaya bədbəxt gəlmişəm, bədbəxt də gedəcəyəm (Ə.Haqverdiyev).
Bunların biri iyirmi yaşında gənc, digəri yetmiş sinninə varmış bir qoca idi (S.S.Axundov).
Yaşlı nəsil həmişə gənc nəslə qayǧı ilə yanaşmalıdır.