Adım fədaidir, bil aǧa dərviş; Çəkmə xəyalımı uzaǧa, dərviş (M.Rahim); Bizim nəslimizdə fərari yoxdur.
Fədakar adamlardır (M.İbrahimov); Söhrab əqrəb kimi zəhərli, amma dozanqurdu kimi qorxaqdır (M.Hüseyn).
Sənət dostluq və məhəbbət kimi fədakarlıq tələb edir (C.Məmmədov); Ehtiyat qorxaqlıq demək deyildir (“İzahlı lüǧət”).
Çox fəhmli, qabiliyyətli uşaqdır (Mir Cəlal); İndi onun simasında, intihara qərar vermiş kimi, küt bir durǧunluq vardı (Mir Cəlal).
Fəhmsiz övladı valideyn nə etsin? (“Azərbaycan”); Sadə, mülayim xasiyyətli, aǧıllı, tərbiyəli qız idi (S.Qədirzadə).
O, ailə həyatını gah səadat, gah da fəlakət törədici bir şəkildə görürdü (M.S.Ordubadi).
Bu aǧır və fəlakətli vaxtda nə əcəb o mənim qeydimə qalmayıb? (M.Talıbov); Bizi səadətli gələcək gözləməkdədir (M.S.Ordubadi).
Ah, nə fəna xəbər! (S.S.Axundov); Ümidvaram ki, Parisdə daha xoş xəbərlər eşidəcəyəm (“Azərbaycan”).
Bax fənalaşdı büsbütün halım (H.Cavid); Yaxşılaşır, bir-iki günə kimi evə gələr (“Ulduz”).
Dedim nə yaxşı ki; yuxuda otaǧın olmuşdu; İblisin fənalıqlar ölkəsi (R.Rza); Elədiyim yaxşılıǧa qarşı təşəkkür bu imişmi? (Mir Cəlal).
Rəhmətlik atası kimi çox aǧıllı, fərasətlidir (S.Vəliyev); Görmürsən maymaǧın biridir (M.İbrahimov).
Bu dəfə o, fərasətsiz oǧlu Firidun xanı da özü ilə gətirir (Ə.Haqverdiyev); Xoşbəxtlikdən Gülər aǧıllı və bacarıqlı qızdır (M.İbrahimov).
Əsil bizim adamlardan yaranmış hər kollektiv belə bir çaydır (M.İbrahimov); Fərdi işgüzarlıq heç bir səmərə verməz.
Fərdi əkindən, şəxsi mal-qaradan heç nə çıxmaz (Ə.Vəliyev); Bu bizim ümumi işimizdir (Ə.Vəliyev).
Kül sənin başına, gözəl fərə, beçə də səni bəyənmir (Ata. sözü).