Dərinlik çox gözəldir: sadə olarsa; Nə çıxır o şeirdən, başımı yorsa? (M.Müşfiq); Hər bir müəllif öz əsərində yaratdıǧı obrazı hərtərəfli, hətta dayazlılıǧını əks etdirməlidir.
Bir nimçə üzüm dərmişdi (S.Qədirzadə); Vaxtında səpək, vaxtında yıǧaq, vaxtında təhvil verək (Ə.Vəliyev).
Geniş ürəkli, dərrakəli, xeyirxah şəxs belə əhəmiyyətdən və minnətdarlıqdan istisna olunur (M.Talıbov); Xəlil nədir ki, o məni işdən çıxardır, bunlar da balqabaq kimi durub baxırlar (M.Hüseyn).
O oǧlan yaşda səndən kiçikdir, amma qat-qat dərrakəlidir (S.Rəhimov); O dilsiz və düşüncəsiz bir zavallıdı (H.Cavid).
Adə, nə dərrakəsizsən, barının nə qədər uzunluǧu var? (C.Cabbarlı); Əhmədin... gözləri dalǧın və düşüncəli idi (İ.Şıxlı).
Üzün aǧ, dəyirmi, gözün məstana; Baxışın baǧrımı döndərdi qanə (M.P.Vaqif); Maya gücünü toplayıb çırpındı və saǧ qolunu onun əlindən qurtarıb yastı üzünü şillələdi (M.İbrahimov).
Dəyişik salma, hər birin öz yerinə qoy (Ə.Haqverdiyev); Ayaqqabını düz geyin.
Dəyişiklik nə vaxt olacaqdır? (S.Vəliyev); Frazeologizmləri müəyyənləşdirən meyarlardan biri də məna sabitliyidir (H.Həsənov).
Melodiyanı təşkil edən bu zil və bəm səslərin... bəziləri dəyişkən və dayanıqsız olur (Ə.Bədəlbəyli); Cəbhədə vəziyyət sabit idi (S.Qədirzadə).
Elə ki, Dürdanə gənc ana oldu; Dəyişib başqa bir Dürdanə oldu (M.Rahim); Sabit birləşmələrdə tərəflər (sözlər) öz əvvəlki formasını saxlayaraq, həmin formada sabitləşir (H.Həsənov).
Yox, ay dəymədüşər qız, şairdən inciməzlər (H.Hüseynzadə); Aydın Qaradaǧlının aləmə tanış, təmkinli səsi eşidildi (S.Qədirzadə).
Dəymişini qoyub, kalını dərir (Ata. sözü).
Başı, dibi qar, boran; Papaq geymiş dumandan (A.Şaiq).
Sanki qalxmaq istəyir göyə dənizin dibi (R.Rza); Dənizin üzü sakit, dalǧasızdır.
Girdmanın igid sərkərdəsi meydanda dik bir yerdə görünərdi (M.Hüseyn); Qarşıda yol qıraǧında olan alçaq daxmalarda, uca aǧaclar, dəmir dirəklər yavaş-yavaş irəli gəlir (S.Qədirzadə).