Baxışım, duruşum dəyişdi tamam (Ə.Rza); Körpənin məsum yatışı, əlciyəzinin qoyuluşu, bütün əzası ildırım qüvvəsinə dönərək Mərdanı vurdu (Çəmənzəminli).
Hər gün burda darvaza taǧı altında duzlu suda pörtlədilmiş qarǧıdalı satan yeniyetmə bir oǧlan heyrətlə arxadan onu səsləmişdi (Ə.Məmmədxanlı); Partizanlar bir neçə aydı ki, xörəyi şit yeyirdilər (S.Vəliyev).
Şerində bir axıcılıq hiss olunsa da, duzsuzdur. Bu danışıqlardan bir neçəsi maraqlı idi (Ə.Vəliyev).
Dünən beş, bu gün şeş (Ata. sözü).
Dünənki bu çöllərdə; Axar zümrüd kimi su (M.Seyidzadə); Eynəkli kişinin bayaqkı istehzalı baxışından əsər-əlamət qalmadı (C.Əmirov).
Pası mırıldana-mırıldana əyildi, açılmış kaǧızı qatlayıb onun qoynuna dürtdü (S.Rəhimov); Yarməmməd portfelindən bir dəstə əzik-üzük kaǧız çıxartdı (M.İbrahimov).
Sənin fikrin dürüstdür. Köhnə səhvlərini, keçmiş nöqsanlarını adamların üzünə tez-tez vurmaǧın nə mənası var (Ə.Vəliyev).
Əgər siz dürüst adam olsaydınız, bu neçə vaxtı bu yolda görünməzdiniz (M.F.Axundzadə); Hər ikiniz yalançı və fırıldaqçısınız (C.Əmirov).
Olmasaydı əgər bu üç xoş gün; Mənim ömrüm olurdu düşkün (A.Səhhət); Bəxtəvər başıma, yaxşı tapmışam xoşbəxtliyin yolunu (M.İbrahimov).
Tərlanım, tərlanım, gözəl tərlanım; Sənə qurban olsun bu düşkün canım (S.Vurǧun); Bu gümrah, bəxtiyar gəncləri görcək; Xəyalən dolanıb gəzdim dünyanı (O.Sarıvəlli).
Cahangir aǧa zəif iradəli, naqis aǧıllı, düşkün fikirli adam idi (Ə.Vəliyev); Mən vicdanlı adamam, razı olmaram ki, sizin kimi yaxşı yoldaşa qarşı qrup düzəltsinlər (İ.Fərzəliyev).
Dünya nərdivandır, biri çıxır, biri düşür (Ata. sözü).
Yenicə çırtlayan günəşin ilk şüaları onların üstünə düşmüşdü (Ə.Məmmədxanlı); Hər dəfə nəfəs aldıqca sinəsi körük kimi qabarırdı (İ.Şıxlı).
Minirsən mən minəndə, düşürsən mən düşəndə (S.Rüstəm).
O öz dostunu və düşmənini tanıya bilmir (M.S.Ordubadi).