Rəng aldı bu nəǧməli görünən qövsi-qüzehdən; Qəlbim döyünüb, lalə kimi güldü fərəhdən! (S.Rüstəm); Birdən elə bil ürəyi dayandı.
Mən də qorxaq deyiləm, yaman da döyüşkənəm (C.Cabbarlı).
Özü arıq bir oǧlandır. Amma bilirsən necə döyüşkəndir (A.Makulu); Çox sakit adamdır (Ə.Vəliyev).
Döyüşkənlikdə ad çıxarmışdı. Sən qorxaqlıq elədin (Ə.Vəliyev).
Dünyanın sellərində çalxayan bizim həyat; Saǧdan sola döyüşmüş, sonra yoluna düşmüşdü (M.Müşfiq); Mən onları mütləq barışdırmalıyam (Ə.Vəliyev).
Qaraca qız da Nurəddin kimi pis günə dözümlü, səbirli bir uşaqdır (S.S.Axundov); Elə səbirsizdir ki, bir yerdə beş dəqiqə dura bilmir.
Futbol insanda dözümlülük, cəldlik, çeviklik kimi keyfiyyətlər tərbiyə edir (“İzahlı lüǧət”); Sərvinaz cavab tapmaǧa hazırlaşdıǧı vaxt Polad səbirsizlik edib öz sualına özü cavab verdi (Ə.Vəliyev).
Püstəxanım həddindən artıq dözümsüz idi (M.Hüseyn); İndi əziz çox toxtaq, olduqca səbirli idi (Ə.Vəliyev).
Dözümsüzlük üzündən özünü daha da xar etmisən (M.Talıbov); Hövsələliyi sayəsində salamat qala bilmişdir (“Azərbaycan qadını”).
Bir neçə ərli qadın oturub, dul Tellinin qeybətini edirdi (“Ulduz”).
Fəqət nəfəsinə aǧır bir şey tıxanmış, gözləri dumanlanmışdı (A.Şaiq); Açıldı arzuları; Gözündə çiçək-çiçək (B.Vahabzadə).
Maritsa dumanlı gözlərini ona zillədi (S.Vəliyev); Açıq səma, göy qurşaǧı; Biri sənsən, biri mən (B.Vahabzadə).
Cəfər xeyli fikrə getdi, üzü tutuldu, dumanlı baxışları uzaqlara dikib düşündü (M.İbrahimov); Bunların hamısı məlum və aydındır (Ə.Vəliyev).
Küçənin hər iki tərəfindən dumduru su axırdı (Ə.Vəliyev); Baxışı bulanlıq, gözləri yorǧun idi (Ə.Vəliyev).
Durǧun göl olduǧu yadıma gəlmir (A.Şaiq); Axar su murdar olmaz (Ata. sözü).