Dostluq müxtəlif olur; Düşmənçilik kimi (R.Rza).
Diş qurdalamaqla qarın doymaz (Ata. sözü); Cücələrim acdı, yemləmək vaxtıdır.
Doyunca, doyunca söhbət edərik (M.İbrahimov); Bu nədir, ə, sözü yarımçıq qoyub susdun?!(M.İbrahimov).
Bir gün Qərənfillə Bahadır adi qayda üzrə bir yerdə evə döndülər (S.Rəhimov); İndi gedib səhərə kimi rahat yatacaqsan (S.Qədirzadə).
Aslan ... dönük fikirli və zəif iradəli adamları sevməzdi (M.İbrahimov); Sən dönməz balıqçısan; Yoldaşların səbatlı (M.Rahim).
Xeyr, artıq dönüklük umma məndən (H.Cavid); Onun səbatlılıǧı məni sevindirir.
Müşavirədə ona yaman döşədilər (İ.Əfəndiyev); Bütün məktublarında qarını tərifləyirsən (Ə.Vəliyev).
Tərgül qazanın altında od yandırdı, samovara köz saldı, masanın üstünə ütülənmiş aǧ süfrə döşədi (Ə.Vəliyev); – Geri niyə qaytarırsan, tikəndə özümüz düzəldərik, yıǧışdır (M.İbrahimov).
Həyətdə palaz döşənib, samovar qurulmuşdu (Çəmənzəminli); Çay içildikdən sonra süfrə yıǧıldı.
Qəm yemə, çox çəkməz dövlətlənərsən (S.Rüstəm); Var-yoxdan çıxmış kəndlilər tamam yoxsullaşmışdılar.
O deyəndə bir dövlətli xanım, mən gədanın birisi (Ə.Haqverdiyev).
İndi dünyada qayda belədir ki, birisi ucadan alçaǧa enə, dövlətlilikdən kasıblıǧa düşə, həmişə söhbəti aparıb çıxaracaq keçən günlərə (C.Məmmədquluzadə).
Düşüncəsiz adamlar öz səadətini dövlətlilikdə axtarır. Yıǧıb bir palaza satacaq onu; Budur yoxsulluǧun, aclıǧın sonu (S.Vurǧun).
Xanım haqsız yerə söyüb-danlamaǧa, döyməyə, incitməyə başlayır (S.Hüseyn); Gəl, ipək saçını oxşayım; Səninlə bir an da yaşayım (M.Müşfiq).
Sofiya xanım Rüstəm bəyi görən kimi əvvəl döyükdü, rəngi qaçdı (Çəmənzəminli); Əziz özünü toxtatmaǧa çalışır, həkim əlini ondan çəkir (Ə.Vəliyev).