Barjın göyərtəsi yükdaşıyan adamlarla dolu idi (M.Rzaquluzadə); Sözü yarımçıq qalmış arvad təsdiq etdi (M.İbrahimov).
Kazım doluxsundu (İ.Şıxlı); Gülümsəyirdi, kirpikləri titrəyirdi (S.Qədirzadə).
Məktəblilər dəstə-dəstə; Doluşdu dərs otaǧına (M.Dilbazi); Səhər tezdən durub yaxşı fikirlər, nəcib hisslərlə evdən çıxarsan (Ə.Vəliyev).
Gözləri isə qışqırdıqca, elə bil, daha da dombalır (Ə.Əbülhəsən); Onun gözləri çökmüşdü.
Arabanın boynunda çömbəlmiş, domuşub oturan əsgər hərdən şallaǧı tovlayıb kəllərə qışqırır (Ə.Vəliyev); Əhmədin boǧazı açıldı, dili söz tutdu (Ə.Vəliyev).
Həmişə domuşuq vəziyyət alardı. Açıq yaxasından görünən sarǧı qabaqdan da qana bulaşmışdı (S.Qədirzadə).
O donqar kişi çıxıb poçta yönəldiyi vaxt Həmid dayıya rast gəldi (Ə.Əbülhəsən); Gedən boylu, enlikürək, şumal bir oǧlandı (S.Qədirzadə).
Gileygüzarov öz qoyun gözlərini tavana zilləyib qəzəblə donquldandı (S.Rüstəm); Gücü ona çatırdı ki, susurdu (S.Qədirzadə).
Dondu cıǧırlar, izlər; Bu gedişin qəsdi nə? (H.Hüseynzadə); Qiymət içəri girəndə elə bil onun donu açıldı (Ə.Vəliyev).
Hələ deyirlər ki, dənizin suyu sahildən xeyli uzaqlara qədər donub (M.Rzaquluzadə); Yaz gələn kimi daǧların qarı əriyir, yaǧış yaǧır (Ə.Vəliyev).
Nə səbəbə su qaynayanda buǧ olur, niyə donanda bərkiyir? (C.Məmmədquluzadə); Xörəyi isidib gətirdi (Ə.Vəliyev).
İki dizi üzərində dikələrək donuq və şübhəli baxışlarla məni süzdü (A.Şaiq); Ocaqlar çatılır, ev qızır haman; Humay bürünmüşdü isti yorǧana (S.Vurǧun).
Məhərrəm heç vaxt baş aça bilmirdi bu donuqluqdan (M.Eynullayeva); Parisə gəldikdən sonra o, birinci dəfə idi ki, şəhəri belə ürək açıqlıǧı ilə seyr edirdi (S.Qədirzadə).
Heç bundan yaxşı şey olarmı ki, qəlbdən istədiyin dostdan məktub alasan! (N.Nərimanov); Dayandı başımız əǧyar içində ərşi-əlaya (M.S.Ordubadi).
Hər şeyin təzəsi, dostun köhnəsi (Ata. sözü); Artıq mövqelərini itirən italyan oyunbazları bu qorxulu rəqibi aradan götürməyi qərara aldılar (S.Vəliyev).