Adamlar bir dəfə doǧulur, bir dəfə ölür (F.Kərimzadə).
Sizin verdiyiniz nömrə Moskvada doǧum evidir (S.Qədirzadə); Gözünün içinə baxdı ölümün; Neçə
yol torpaǧa çiləndi qanı (B.Vahabzadə).
Əsil möcüzə – doǧuşdur, törənişdir (İ.Məlikzadə); Elə qızla ölümə də getmək qorxulu deyil (S.Qədirzadə).
Çay başından gələrkən saçlarımı əllərinə doladı, kəndin içindən sürürdü (C.Cabbarlı); Kapitan gözlərini geniş açdı (S.Qədirzadə).
Mahmud Zəncanın dolanbac küçələrində gözdən itdi (A.Makulu); İndi şəhərimizdə salınan küçələr düzdür.
Qəlbimdə aǧır-aǧır dərdlərim, başımda dolaşıq fikirlərim, xəyalım, hərc-mərc gözlərim ulduzlarda, bir müddət yata bilmədim (A.Divanbəyoǧlu); Çox aydın və dərin mənalı iki xətt şerə oxşayan bu lentlər ona nələr xatırlatmadı (Ə.Vəliyev).
Dolaşıqlı yolda sürəti artırmaǧın qorxulu olduǧunu sezib açıq deyərdi (Mir Cəlal); Bu mənzərəni görərkən hər şey aydın oldu (Ə.Məmmədxanlı).
İlyas gülünc bir heyrət, qəribə dolaşıqlıq içində çaşıb donmuşdu (Mir Cəlal); Süd kimi aydınlıq idi (Ə.Vəliyev).
Ayı zənciri ilə aǧaca dolaşıb dartınır və baǧırırdı (S.S.Axundov); Bir azdan zabit əmr verdi, salı sahilə baǧlayan kəndirlər açıldı (S.Qədirzadə).
Lakin demədi, dönüb birbaşa yuxarı qalxdı (M.İbrahimov); Bu görüşdən dolayı çox şad olub baǧa girdik (Ə.Haqverdiyev).
Qapını açan dolǧun bir qadın idi (C.Əmirov); Yanaşı əyləndiyimiz Tel adlı arıq, lap uşaǧa oxşayan gənclə artıq dostlaşmışıq (S.Sərxanlı).
Kəramətin çil, dolu çöhrəsi kimi dolǧun da səsi vardı (Ə.Əbülhəsən); Arvad, hələ o lazım deyil, uşaq çox zəifdir, danışdırma (S.S.Axundov).
Bir yandan boşalır, bir yandan dolur; Sirrini verməyir sirdaşa dünya (S.Vurǧun).
Dolu qadın onun sözünü təsdiq etdi (C.Əmirov); Arıq kişi bir az da ona tərəf çəkilib dilini işə saldı (S.Qədirzadə).
Abbas kişi dolu bir heybə hazırlayıb yəhərin qaşına saldı (Mir Cəlal); Ancaq dünya xali deyil (S.Vurǧun).