Nə işdir bu, bu nə divanəlikdir eyləyirsən sən? (C.Cabbarlı); Malik onun aǧıllılıǧının səbəbini bilirdi.
Demək, o sənin üçün doǧmadır, amma bu biriləri ögey? (İ.Əfəndiyev).
O yad deyil, mənə doǧma baladan artıqdır (A.Şaiq).
Yenidən doǧmaq üçün batdı. Gözlərdən itdi (S.Rüstəm).
Bir il sonra Zeynəb oǧlan doǧdu (M.İbrahimov); Ölər, kişitək ölər ələ düşməz o, yalnız (B.Vahabzadə).
Doǧmalar get-gedə yadlaşır, yadlar isə doǧmalaşır.
Ancaq bu küskün səs o doǧmalıqdan, o nəvazişdən uzaq idi (M.Eynullayeva); Ancaq indi uşaqlarının yanında özünün yadlıǧını, özünün zalımlıǧını dərk elədi (M.Eynullayeva).
Qələm ayrı kəsilsə də, doǧru yazar (Ata. sözü).
Allah bilir ki, doǧru deyirəm! (M.F.Axundzadə); Pul tapmışam, yalan demirəm (M.F.Axundzadə).
Mən səni doǧru yola çəkmək istəyirəm (C.Məmmədov); Yanlış hesab Baǧdaddan qayıdar (Ata. sözü).
Yalançının evi yandı, kimsə inanmadı (Ata. sözü); Deyənlər nə qədər doǧruçu, nə qədər alicənab şəxslər imiş (M.S.Ordubadi).
Müəllim şagirdlərinə doǧruçuluǧu təbliǧ edirdi. Bizcə, yalançılıq ləkəsi ölümdən daha çirkindir (H.Cavid).
Yarməmmədi mühasiblikdən azad edək, hələlik qoyaq aşaǧı bir işdə özünü doǧrultsun (M.İbrahimov); Əvvəlcə dincəlirdi, kitablar oxuyurdu, sonralar isə darılmaǧa başlayanda ancaq özünü günahlandırırdı (M.İbrahimov).
Doǧruluǧun dili belədir yalnız (S.Vurǧun); Məncə, ona inanmaq olmaz, kimi dindirirsən əyriliyindən dad çəkir (M.İbrahimov).
Çünki sözlərimizdə doǧruluq var (S.Vurǧun); Kəndçilər etdilər dübarə hücum; Yenə oldu yalanlıǧı məlum (M.Ə.Sabir).