Xalqla dövlət arasında ədavətin, biganəliyin əsil səbəbi ruhanilərdir (M.F.Axundzadə); Doǧmalıq kəlməsi dilinin əzbəri idi.
Mənim işim elə düşübdür ki, bir dəqiqə bikar otura bilməyirəm (N.Vəzirov); Qızxanım əri kimi işlək, xoşxasiyyətli, namuslu bir qadın idi (S.S.Axundov).
Oxucularımızdan iltimas edirəm ki, ...Əhməd bəyin bikarçılıqdan yazdıǧı altı sütunlu baş məqaləyə diqqət etsinlər (C.Məmmədquluzadə); Bu təriflər onun çalışqanlıǧı ilə baǧlıdır.
Yoldaşlar, daha bundan sonra məni bikef görməzsiniz (Ə.Haqverdiyev); Qaraca qız isə ürəyində bu işə şad idi (S.S.Axundov).
Sən bacının yerinə mənimi [ərə] verirsən, ay biqeyrət?! (B.Talıblı); Namuslu qadın həyasından qışqırmırdı ki, səsini qonşuları və oǧlu eşidər (S.S.Axundov).
Layiq deyil sənə nakəsi-biqəm; Adam gərək ola adama həmdəm (M.P.Vaqif); Dərdli söylədiyini dəli söyləməz (Ata. sözü).
Mən ləqəb sözünü bildirə kimi bilməzdim (C.Məmmədquluzadə); Onlar indi xoşbəxt yaşayırlar (Ə.Vəliyev).
Al bu canımı, bildirki ziyanın çıxsın (Raci); Heç zaman qəm-qüssə indiki qədər ürəyimi sıxmamışdı (İ.Əfəndiyev).
Atamın qanını unutmaq üçün mən gərək bişərəf və binamus bir adam olam (M.İbrahimov); Qan, həyalı, namuslu qadının başına sıçradı, əlini çəkib şala büründü (S.S.Axundov).
Binəva kişi belə fikir edirdi ki, bəli, mənim oǧlum oxuyub böyük yaranal olub gələcək (Ə.Haqverdiyev); Nə yaman dərd imiş zalım ayrılıq (Molla Cümə).
Yazıq muzdur qolu boynunda sınıqçıdan qayıdıb, birbaşa öz xozeyninin yanına gəldi (S.M.Qənizadə); Mister Tomas ingilislərə məxsus bir soyuqluqla məsələni dolayısı ilə Həkimülmülkə bildirməyi qərara aldı (M.İbrahimov).
İmran birdən gülümsündü (Ə.Vəliyev); Bir dəfə səhv elədin, yavaşca üstündən keçdim (Ə.Vəliyev).
Gənclik kitabının yarpaqlarını; İki il onunla birgə çevirdin (M.Müşfiq); Ayrıca otaǧınız var, hər şeyi də içində (C.Əmirov).
Bu sözü birinci kim dedi, axırıncı kim dedi (G.Hüseynoǧlu).
Bizi ruhlandıran bu şanlı birlik; Bu qüdrət, bu qüvvət, məhəbbət olmuş (M.Rahim); Ayrılıq həyəcanlı vücudunu tutmuşdu (Çəmənzəminli).