Şad xəbəri tez çatdırmaǧa heç vaxt tələsmir, bəd xəbəri tez deməyə ürəyi atlanır (F.Kərimov).
Məsləhətin bəd deyil, aǧlıma yatır (S.S.Axundov); Özünü deyin, harda yaxşı qan aldırmaq olur? (Ü.Hacıbəyov).
Gərçi bu bədbəxt özü elmə həvəskardır (M.Ə.Sabir); Axırımız məsud, gələcəyimiz bəxtiyardır, – dedim (M.S.Ordubadi).
Ailəmizə üzverən böyük və bədbəxt faciəni sizə bildirməyə məcbur oldum (M.S.Ordubadi); Xeyr, əşi, mənim alma baǧım olsaydı, özümü dünyada ən xoşbəxt adam sayardım (C.Əmirov).
Get-gedə kəndi kasıblıq və bədbəxtlik bürüyürdü (A.Şaiq); Körpə anasını itirdi birdən; Qanadı büküldü bəxtiyarlıǧın (Q.İlkin).
İndi isə vaxtımı iyirmi nəfər yetimlə keçirib, gələcək bədbəxtliyi gözləyirəm (M.S.Ordubadi); Xoşbəxtlikdən Qaraş içəri gəlmədi, deyəsən, köynəyini çıxarıb yuyundu (M.İbrahimov).
O vədə öz babalarının əməllərindən xəcalət çəkib xeyirxahları ilə bədxahlarını əlbəttə tanıyacaqdır (Ə.Haqverdiyev).
Lakin bir il sonra xanımın heç kəsə bədxahlıq edən adam olmadıǧını gördükdə... Güləbətin az-çox yazı-pozu bildiyini ondan gizlətməməyi qərara aldı (M.İbrahimov); Xeyirxahlıq adamın nüfuzunu və hörmətini qaldırır.
Arvadının niyə bu qədər tələbkar, bədxərc olduǧuna dair suallara cavab tapa bilmirdi (Ə.Vəliyev); Havayı yerə pul xərcləməz, qənaətcildir.
Bədxərclik və israfla, səxavət və əliaçıqlıq arasında fərq vardır (M.Talıbov); Qanaətçilik çox faydalıdır.
Lakin bədlikdən iki zırpı it də onlarla gəlirdi (M.Talıbov); Üç il bundan qabaq uşaqlar haqqında yaxşılıq indi də mənim yadımdan çıxmır (Ə.Haqverdiyev).
Bədsifət adamdır, qaşqabaǧından zəhər yaǧır. Həmişə gülərüz gördüyüm Səlim indi bomboz bozarmışdı.
Getmə, getmə, görüm kimin yarısan? Hansı bəxtəvərin vəfadarısan? (Aşıq Qurbani); Bu... bədbəxtin öküzünü aparıbsan, binəvanın əlini qoynunda qoymusan (Ə.Haqverdiyev).
Dərdim var, ay başına dönüm, sirrim var, mən bəxtəvərlikdən buraya gəlməmişəm (B.Talıblı); Bədbəxtlik onu basıbdır.
Bu qaragözlüləri bunca sevmişəm, Vahid! Nə yaxşı olmamışam bəxtiqara, şükür olsun! (Ə.Vahid); Ah, sən nə xoşbəxt uşaqsan (S.S.Axundov).