Üzündəki təbəssüm bir az da şitləşdi, iri dodaqları qulaǧının dibinə qədər açıldı (M.Hüseyn); Sədrin üzü ciddiləşdi (İ.Əfəndiyev).
Qızın birdən şitliyi tutdu (M.İbrahimov); Ciddilik onun təbiəti ilə baǧlıdır (“Azərbaycan”).
Bu torpaǧın altında şor sular axır (M.İbrahimov); Şirin aşına zəhər qatma (Ata. sözü).
Axı, sən briqadirsən, bilirsən ki, Muǧan torpaǧı şoran torpaqdır (M.İbrahimov); Üç ay qabaq qazılmış quyu bol, şirin su verirdi (Ə.Vəliyev).
Sonra da İdrisə dedim ki, bir də bu şorgözü evə buraxma (M.İbrahimov); O vaxt heç kim sənə namuslu qardaş deməzdi (M.Hüseyn).
Sən də vaxtilə cavan idin, bizim kimi şux idin və şənlik edərdin (M.Talıbov); Dinləyirəm məyus, kədərli (R.Rza).
İki il sonra o da şuxluqdan düşmüş və attraksiondan qovulmuşdu (S.Qədirzadə); Qəmginliyin şərbətin dadan adamların damaǧında şəkərin şəhdi belə ilanın zəhərindən də acıdır (M.S.Ordubadi).
Nə vaxt dəliləşib şuluq salardım; Xəmir yoǧurardı qulaqlarımdan... (S.Tahir); Əhməd dinc uşaqdır. Heç kəsə korluǧu olmaz (S.S.Axundov).
Yoxdur daha şuluqluq əsla, baxız, İranda… (A.Səhhət); Xalq mənimdir, bilirəm, dinclik sevən xalq deyil (S.Vəliyev).
Bir də eşitdim: bir aǧsaqqal kişi qışqırır: “Atana lənət, ay imam təziyəsinə şuluqluq salan!” (Ə.Haqverdiyev); Hələ həyətdə sakitlikdir (M.İbrahimov).
Bu şumal pöhrəni; bir vurǧa qələm elədi; və qürurla dedi (R.Rza); Bu taxta kələ-kötürdür.
Əlbəttə, şübhəyə düşmək olardı (S.S.Axundov); Yaşamaq olarmı inam olmasa (R.Rza).
Yəqin, uşaqlardan şübhələnəcək (İ.Şıxlı); Axı mən ona inanmıram (C.Əmirov).
Niyaz doǧru deyir, çox şübhəli adama oxşayır (S.S.Axundov); Mən də onların içindəyəm; siz də; bu gün inamlı, sabah ümidli qəlbimiz (R.Rza).
Əbədi şöhrətə yetirdi səni; Cəsarət, şücaət, kamal, ay Maral! (B.Vahabzadə); Vuruşda ehmallıq yaramaz, balaca qorxaqlıq və ya süstlük oldumu, min canın olsun, birini də salamat apara bilməzsən (“Qabusnamə”).