Göz dolu nəvaziş daha yaxşıdır; Tərifin şıdırǧı yaǧışlarından (S.Tahir); Mən arabir: qayǧıların qayǧısından bişirəm (M.Araz).
Xəyalat qucaqladı hər şıltaq dalǧasını (S.Rüstəm); Kislovodskda səhər açılanda hava sakit və aydın idi (M.İbrahimov).
Bu naz, bu şıltaqlıq, əbəsdir, əbəs (S.Rüstəm); Dəniz də bu sakitlik içində; Nəhəng mavi bir damla (R.Rza).
Külək şiddətləndi (İ.Şıxlı); Qan dövranı
zəifləyir (M.Hüseyn).
Şiddətli vuruşma gedirdi (M.Hüseyn); Zəif gözlərinə düşdükcə işıq; Qamaşır... Kim bilir qəlbində nə var? (S.Vurǧun).
Eyni gündə, eyni saatda şimaldan cənuba gedən qatar Mir Əlini gətirdi (Mir Cəlal).
Siz də bu barədə Cənubi və Şimali Azərbaycan xalqını xəbərdar etməli və əlahəzrətə olan itaətlərini təmin etməyə çalışmalısınız (M.S.Ordubadi).
Şimallı qardaşım, dinlə sözümü; Bölündü ikiyə ürəyim mənim (S.Rüstəm); Təbiətdən nə zövq
alsın cənublu qardaş (S.Rüstəm).
Qızım, gəl, qəndi doǧra, yeməkdən qabaq bizə bir yaxşı şirin çay verərsən, gəlinin şirnisini içərik (M.İbrahimov); Qarnını doydurdu, sonra acı çay istədi (Mir Cəlal).
Sinəm qalın bir kitab kimi acı, şirin xatirələrlə doludur (S.Qədirzadə).
Getdikcə söhbət şirinləşdi və ortalıqda məktəb qızı unuduldu (Çəmənzəminli); Elə bil ki, sonradan soǧan daha da acılaşdı (“Ulduz”).
Acılıqdan yemək olmur, şirinlikdən tullamaq (Ata. sözü).
Tək bir göz qırpımında şiş daǧlar dümdüz olur (S.Rüstəm); Alçaq daǧa qar yaǧmaz (Ata. sözü).
O şiş papaqlarını da qoyub qaçmışlar (S.S.Axundov); Bir-birinə söykənib yastı, çılpaq təpələr (B.Vahabzadə).
Kələntərin üzündə daha şit bir təbəssüm oynadı (M.İbrahimov); Yox. Boş söhbət deyil, çox ciddi söhbətdir (M.İbrahimov).