Şəxsi məsələlərin vaxtını uzada bilərik (M.S.Ordubadi); Kolxozun ümumi iclası onları bəzi əlavələrlə təsdiq etmişdi (M.İbrahimov).
Gah qulaqlarını sallayır, gah da yad bir səs eşitmiş kimi şəkləyirdi (Mir Cəlal).
Şələ quyruǧunu o yan-bu yana sürüyür (M.İbrahimov); Elə bil balaca daxma tamamilə boş idi (A.Məmmədrza).
Şən və gülər, həmişə şad olsun (C.Məmmədov); Şəhərin cansıxıcı həyatı, bekarçılıq Hüseynqulunu təngə gətirmişdi (A.Məmmədrza).
Günəşdən şənlənir; Geniş çöllər, ulu Tanrım (C.Cabbarlı); Baxıb dörd tərəfə kədərləndilər (C.Novruz).
Küçədə şənlik artmışdı (Çəmənzəminli); Evimizdə bir matəm qəmginliyi vardı (M.İbrahimov).
Şər xeyirə, xeyir şərə baǧlıdır (H.Hüseynzadə).
Bu gün ən şərəfli bir gündür bizə (A.Şaiq); Çaqqal var ki, gödən çıxardar, qurdun adı bədnamdır (Ata. sözü).
Döşlərində bu günün şərəfli ulduzu var (S.Rüstəm); Qoy o bilməsin ki, dünyada hələ; Vicdansız, namussuz atalar da var (C.Novruz).
Göyərçin üzü bədirlənmiş ay kimi şəfəqli idi (Ə.Vəliyev); Varaqlar solǧun, sarı (R.Rza).
Heç vaxt pis əmələ qoşulmamış, şərəfsiz iş görməmişdi (S.Vəliyev); Qeyrətli cavanlarımızdan biridir (M.S.Ordubadi).
Anlaya bilmir ki, şərəfsizliyi; Altun dünyasında şərəf sayırlar (B.Vahabzadə); Qeyrətliyinə görə boǧulub qalıb (“Ulduz”).
Şərqin qızıl qəndili sallanır, onu yandırın (S.Rüstəm); Düşmən çəkilir qərbə pərişan; Sən cəbhəni sükunətlə yaranda (S.Rüstəm).
Sizinlə birinci dəfə görüşdükdə orijinal bir şərqli görmüş oldum (M.S.Ordubadi); Gənc qadın tam mənası ilə bir qərbli qadın qiyafəsini daşıyırdı (M.S.Ordubadi).
Üzündə şəvə saqqalının xətti pozulmuş, çənəsindəki aǧ tüklər çoxalmışdı (S.Qədirzadə).