Gülarə göz yaşından islanmış tülü dərhal buraxdı, üzgün, boǧuq bir səslə dedi (C.Məmmədov); Canı sazdır, hələ xəstəlik bilmir (“Ulduz”).
Bayaqkı üzgünlük yox oldu (İ.Şıxlı); Onun sazlıǧını üzündən, hərəkətindən də oxumaq olur.
İki gün sonra Səadət xanımdan məktub aldım. Zərif kaǧız, göy astarlı paket, bənövşəyi mürəkkəb (Mir Cəlal); Kərim aynabənddəki taxtın üstündə oturub qırmızı məxmər üzlü mütəkkəyə dirsəklənmişdi (M.İbrahimov).
Sən bilmirsən bu necə üzlü yetimdir (A.Şaiq); Həyalı olmaǧına həyalıdır, mən buna əminəm.
Girdə-girdə yaş damlaları saralmış, solǧun yanaqlarından üzüaşaǧı süzüldü (M.İbrahimov); Yuxulu kəndin orta küçəsi ilə üzüyuxarı qalxdılar (Ə.Məmmədxanlı).
Hər ikisi qarabuǧdayı, üzügülər və qəşəngdir (S.Vəliyev); Qaraqabaq adamdır (M.Hüseyn).
Sən məni üzüqara edirsən (M.İbrahimov); Min zəfərlə qarşılayır alnıaçıq ordumuz (S.Vurǧun).
Baxın, göyçəyini alın, üzüyola, fəqir və işlək olsun (Çəmənzəminli); Sən bilirsən o necə tərsdir (A.Şaiq).
Onun bu üzüyolalıǧı tezliklə qadınlara və yaşlı kişilərə çatdı (“Azərbaycan”); Unut bu tərsliyi, gəl Allaha bax (S.Vurǧun).