Örtülü süfrənin bir eybi olar, açıq süfrənin min eybi (Ata. sözü).
Qonşuluq üzündən, görəndə ötəri bir salam verərdim (Mir Cəlal); Qulam keçib diqqətlə ora baxdı (S.Qədirzadə).
Bayramqabaǧı qonaqların bir qismini ötürürdülər, bəzilərini isə qarşılayırdılar.
Hələlik Kür dolaşır özbaşına (S.Rüstəm); Rəsmi evlənmək çox asan işdir (M.İbrahimov).
Qanunsuzluq, özbaşınalıq və vəhşiliklə barışa bilmirdi (S.Şamilov); Rəsmilik dairəsində istintaqa başladı (H.Nadir).
Özgə uşaǧını saxlamaq bir xəta şeydir (S.S.Axundov); Öz doǧma millətindən; Qoruyur özgələri (B.Vahabzadə).
Gələndə qonaqsan, gedəndə qonaq; Nə tez özgələşdi bu ocaq sənə? (B.Vahabzadə); Üç yüz yad şairi doǧmalaşdıran; Şerindən qüvvətli tərcüməsilə... (X.Rza).