Çəkişməsən, bərkişməzsən (Ata. sözü).
Uǧur cilovu çəkdi (M.Süleymanzadə); Atın başını buraxdı.
Bakıdan gələn, çəlimsiz müstəntiqin biri bizi bəzi adamların yanında gözükölgəli etsin (T.Kazımov); Kök adam özünü bir az qabaǧa verdi (Mir Cəlal).
Qoynu gah aydın havalı, gah çənli, dumanlı (R.Rza).
Yarməmməd çəpəki qovluǧa baxdı (M.İbrahimov); Səməd çevrilib düz oturdu (M.İbrahimov).
...Ona bir çəpinə baxdım (Mir Cəlal); Tərsinə yox, düzünə otur, qoy camaat səni görsün.
Eh, nə çərənçi kişidir (A.Şaiq); Partizanlar xasiyyətcə müxtəlif adamlardır; gülərüz, qaradinməz, çoxdanışan (S.Vəliyev).
Çərənçilik nəyə gərək (M.İbrahimov); Onun qaradinməzliyi həmişə hamını əsəbiləşdirirdi (C.Məmmədov).
Ulduzlar sayrışanda; Qəlb qəlbə qarışanda; Çətin olur ayrılmaq; Göz-gözə alışanda (Bayatı); Qoy bir an ürəyim rahat döyünsün; Bu qədər insafsız olmaz ki, adam! (M.Araz).
Düşünürdüm ki, oǧlan qəflət qaçıb tramvaya minsə, işim çətinləşəcəkdir (C.Əmirov); Bəxtimizdən oǧlanın özü bizim işimizi asanlaşdırdı (C.Əmirov).
Çit bazarı kasadlaşmışdı, ya pul tərəfdən çətinlik çəkirsiniz? (Ə.Haqverdiyev); Düşmən gəldi, asanlıqla bildiyini elədi (Ə.Haqverdiyev).
Sinəsi batıq, sifəti saralıb, çiyinləri qalxıb (Ə.Haqverdiyev); Ayaz gördü ki, onun geniş alnındakı çıxıq, yanaqlarındakı nazik damarlar qızarıb (M.İbrahimov).
Kinoteatrın çıxış və giriş yerləri ayrıdır.
Zənən hamamı kimi biri girir, biri çıxır (C.Cabbarlı).
Külək çox sərt və çılǧın idi (M.İbrahimov); Yanvar ayı olduǧuna baxmayaraq, hava sakit və mülayim idi (M.İbrahimov).