O zaman isə Rüstəmin çaǧ vaxtı idi (M.İbrahimov); Anam xəstədir, müsyö, vəziyyəti çox aǧırdır (S.Qədirzadə).
Xalisə çaǧanın əskisini yuyanda birini orada unudubdur, get onu gətir, gəl (S.S.Axundov); Qəməri güldürdüyün yetər, bir az da səndən böyük qardaşını dinlə (S.S.Axundov).
Mayanın gözlərində incə və mehriban duyǧular, təlaş dolu xoş bir intizar və çaǧırış vardı (M.İbrahimov); Müfid hər nə edirsə etsin, Dilşad yenə də onun aǧzına baxır və əmrinin intizarını çəkirdi (M.S.Ordubadi).
Çaxnaşma düşdü (M.Süleymanlı); Ətrafda sakitlikdir (S.Qədirzadə).
İzdiham çaxnaşdı (S.Vəliyev); Nəhayət, sakitləşdi (M.İbrahimov).
Seyrək, çal saçlarını da azacıq isladıb, arxaya darayırdı (S.Qədirzadə); Mariana, yəqin ki, bunu duyub, qara, sıx kirpiklərini aşaǧı endirdi (S.Qədirzadə).
Çox çətinliklə Məmişi çaladan çıxartdılar (M.Talıbov); Düzdə oturdular (M.Hüseyn).
Çox gözəl! Yaşasın çalışqan kənd qadınları (Ə.Haqverdiyev); Tənbəl adam fikirli olar (Ata. sözü).
Biz çalışmalıyıq ki, ayrı-ayrı adamların əvəzinə ümumi camaat varlansın, kolxoz dövlətlənsin (Ə.Vəliyev); Sən harda küllənir, veyllənirsən? (S.Vurǧun).
Çaşbaş qaldı (“Azərbaycan”); Gülşənin manqası iki günə qurtarmaǧı qət etdiyi halda bu arvad çox toxtaq danışırdı (Ə.Vəliyev).
Rantik bir anlıǧa çaşdı (C.Əmirov); Cahangir hərbi toxtadıb ortalıǧa təslim məsələsini atmışdı (S.S.Axundov).
Hərəkətləri çevik, yerişi quş kimi yüngül idi (İ.Şıxlı); Mənim ölüvay adamdan xoşum gəlmir (İ.Şıxlı).
Onun yerişində, hərəkətlərində əvvəlki zirəklik, çeviklik yox idi (C.Məmmədov); Onun ölüvaylıǧıdır ki, biz əzab çəkirik (“Azərbaycan”).
Dəniz gah qabarır, gah da çəkilir.
Sözləri düz gəlmədi, çəkişdilər. Barışdı nə qədər ayrı düşənlər (C.Novruz).