Mühitin fiziki xassələrinin istiqamətdən asılı olmaması; izotropiya.
Qazlar, mayelər, amorf bərk cisimlər və nisbətən böyük ölçülü bircins polikristallar bütün fiziki xassələrinə görə izotropdur. Kristal bərk cisimlər, adətən, anizotrop olur. Lakin simmetrikliyi yüksək olan kristalların da bir sıra fiziki xassəsi (elektrikkeçirmə, istidəngenişlənmə əmsalı və s.) istiqamətdən az asılıdır.
Fizika terminlər lüğətigeol. Geoloji kəsilişi öyrənmək və faydalı qazıntıları aşkar etmək üçün quyuların geofiziki tədqiqi.
Quyularda ilk geofiziki tədqiqatları (quyularda temperaturun ölçülməsini) 1908-ci ildə Bakı neft mədənlərində D. V. Qolubyatnikov aparmışdır. Quyularda geofiziki tədqiqatlar elektrometriya, radiometriya, seysmometriya, akustika, maqnitometriya, qravimetriya, geotermiya və geokimya kəşfiyyat metodlarının tətbiqi ilə aparılır.
Fizika terminlər lüğətiMayedə qaz, buxar və ya onların qarışığı ilə dolan məsamələrin yaranması və yox olması.
Mayenin təzyiqi real mayelərin doymuş buxarının təzyiqindən (Rð) kiçik olan yerlərində yaranır. Maye axınında təzyiqin azalması sürətin dəyişməsinin nəticəsidirsə K. hidrodinamik, akustik dalğalarının yaranması ilə əlaqədardırsa, akustik K. adlanır.
Fizika terminlər lüğəti