Neqativdə obyektin işıq saçan, parlayan və ya çox kontrastlı detallarının təsviri ətrafında əmələ gələn qeyri-müntəzəm qaralma.
Fotomaterial üzərindəki fototəbəqənin gümüş-haloid mikrokristallarından səpələnən, habelə fototəbəqədən keçib materialın parıldayan oturacaq təbəqəsindən qayıdan işıq şüalarından əmələ gəlir. Şəklin keyfiyyətini xeyli pisləşdirən H.-nı azaltmaq üçün oturacaq təbəqəsinə tərkibində işığı udan maddə olan qat çəkilir.
Atmosferdə optik hadisələr qrupu.
Günəşin və ya Ayın ətrafında işıqlı halqa şəklində müşahidə olunur.
Fizika terminlər lüğətiSuda həll olan boyalardan istifadə etməklə rəngli fotoşəkillərin alınması üsulu.
Qismən rənglənmiş üç təsviri jelatin relyefdən (matrisadan) ardıcıl olaraq kağız və ya plyonkaya köçürməklə əldə edilir. H. rənglərin dəqiq və təsvirin sabit alınmasına imkan verir. Rəngli kinofilmlərin kütləvi çapında xüsusilə əhəmiyyətlidir.
Fizika terminlər lüğətiFiziki kəmiyyətlərin öz dəyişənlərindən çoxqiymətli asılı olması.
Məsələn, seqnetoelektrik (ferromaqnit) maddələrdə elektrik (maqnit) polyarizasiyasının xarici elektrik (maqnit) sahəsindən asılılığını ifadə edən əyri. Sistemin halı nəinki həmin haldakı xarici təsirin qiymətindən, hətta əvvəlki qiymətindən asılı olduğu halqa H. baş verir.
Fizika terminlər lüğətiQiymətləri zamanın müxtəlif anları üçün ortaq O nöqtəsində ayrılmış vektor funksiyaların uc nöqtələrinin həndəsi yerindən ibarət kəsilməz əyri.
H. anlayışını elmə U. Hamilton daxil etmişdir. Dəyişən vektorla təsvir olunan fiziki kəmiyyətin zamana görə dəyişməsini və bu dəyişmənin sürətini əyani təsvir edir.
Fizika terminlər lüğətikim. Hərəkət etməyən və edən (elyuent) iki faza arasında qarışığın komponentlərinin paylanmasına əsaslanan fiziki-kimyəvi ayırma və analiz üsulu.
X. üsulunu 1903-cü ildə rus alimi M. S. Svet işləmiş və göstərmişdir ki, bütün piqmentlərin qarışığını rəngsiz sorbent təbəqəsindən buraxdıqda fərdi maddələr ayrı-ayrı rəngli zonalar şəklində sorbentdə düzülürlər. Bu qayda ilə alınan təbəqəli rəngli sorbent sütunlarını M. S. Svet xromatoqram, üsulu isə X. adlandırmışdır.
Fizika terminlər lüğətiAtomların, yaxud atom qruplarının (molekulların, radikalların) elektron (və ya yüklü zərrəcik) itirməsi, eləcə də onlara elektron (və ya başqa yüklü zərrəcik) birləşməsi nəticəsində əmələ gələn yüklü zərrəciklər.
“İon” terminini elmə 1834-cü ildə M. Faradey daxil etmişdir. Cərəyan buraxıldıqda məhlulda mənfi qütbə (katoda) tərəf hərəkət edən müsbət yüklü İ.-a kation, müsbət qütbə (anoda) tərəf hərəkət edən mənfi yüklü İ.-a isə anion deyilir.
Fizika terminlər lüğətiinşaat. Hüdudlayıcı konstruksiyaların otaqlarda hava temperaturunun sabitliyini buraxılabilən hədlərdə saxlama qabiliyyəti; binanın istiyə davamlılığı.
Hüdudlayıcı konstruksiya ilə həmsərhəd olan hava mühitinin və konstruksiyadan keçən istilik axını temperaturlarının vaxtaşırı dəyişkənliyi halları üçün nəzərdə tutulur.
Fizika terminlər lüğəti