Materialın turşuların dağıdıcı təsirinə davam gətirə bilməsi xassəsi; turşuyadavamlı materialların əsas xarakteristikası.
Materialın növündən, mühitin oksidləşdirici-reduksiyaedici xassələrindən, anionların təbiəti turşunun qatılığı və temperaturundan asılıdır.
Fizika terminlər lüğətiTezliyi təqribən 1,5-2∙104 hs-dən 109 hs-dək olan elastik rəqslər və dalğalar.
U., əsasən, elektrik rəqslərini mexaniki rəqslərə çevirmək üsulu ilə alınır. U. tibbi diaqnostikada, terapevtik və cərrahiyyə, xüsusilə neyrocərrahiyyə müalicəsində də istifadə edilir. U. bəzi hallarda rentgen şüalarının ayırd edə bilmədiyi quruluşu müəyyən edir.
Fizika terminlər lüğətiRəqs edən və ya rəqs əmələ gətirə bilən cisim (cisimlər sistemi).
Məsələn, kondensator və induktiv sarğacdan ibarət elektrik dövrəsi, sim, kamerton və s.
elektr. 1. Mexaniki V. – mexaniki rəqslərin alınması üçün qurğu.
Müstəqil və ya vibrasiya maşını, yaxud avadanlığının qovşağı kimi istifadə edilir.
2. Elektrik V.-u – elektromaqnit rəqsləri təsirləndirən metal məftil parçası; cərəyan keçirən materialdan, yaxud dielektrikdən hazırlanan çubuq.
Sadə antena kimi və ya mürəkkəb antenaların elementi kimi işlədilir.
Fizika terminlər lüğəti