Material və məmulatın yüksək temperatur təsirinə ərimədən davam gətirmək qabiliyyəti.
Materialın O.-ı ondan düzəldilmiş kəsik nümunə piramidasının (hündürlüyü 30 mm, oturacaqlarının tərəfləri 8 mm və 2 mm olan) istilik təsirindən yumşalaraq əyilməsi nəticəsində üst hissəsinin alt səthə toxunduğu andakı (°C ilə) temperaturla (O. həddi adlanır) təyin olunur.
Fizika terminlər lüğətiOptik qeyri-bircins mühitdə yayılarkən işığın xarakteristikalarının (intensivlik, tezlik və s.) dəyişməsi; böhran opalessensiyası.
Optik qeyri-bircinsliyin yaranma səbəbindən asılı olaraq bulanıq mühitdən (tüstü, duman, suspensiya və s.) səpilmə və molekulyar səpilmə müşahidə olunur. İlk dəfə ingilis fiziki C. Tindal öyrənmişdir (1869).
Fizika terminlər lüğətiElektronikanın informasiyanın işlənməsi, saxlanması və verilməsi sistemlərində işıq siqnallarının elektrik siqnallarına və əksinə çevrilməsi üsullarının tətbiqini əhatə edən sahəsi.
O. radioelektronika və hesablama texnikasının inkişaf mərhələsi kimi meydana çıxmışdır.
Fizika terminlər lüğəti