Əşyalardan əks olunan səs dalğalarının və ya radiodalğaların qeydə alınması, onların yerinin, forma və ölçülərinin təyin edilməsi.
Akustik E., radioexolokasiya və hidroexolokasiya formaları mövcuddur. Bəzi həşərat və quşlarda, yarasa, delfin, suiti, balina və s.-də canlı E. var. E. heyvanların səmti bilməsi, maneələrdən qorunması, həmçinin qida axtarması üçün vacibdir. E. prinsipi ilə işləyən texniki qurğular HDD-də, sualtı qayıqların yerini öyrənməkdə, minalanmış sahələri tapmaqda, dəniz və ya okean dibi relyeflərinin tədqiqində geniş tətbiq olunur. Lakin, texniki E. qurğuları həssaslığına görə canlıların E.-sında geri qalır.
Fizika terminlər lüğəti1. Maye mühitdə asılı vəziyyətdə olan dispers hissəciklərin (bərk cisim qırıntıları, qaz qabarcıqları, başqa maye damcıları və kolloid hissəciklərinin) xarici elektrik sahəsinin təsiri ilə yaranan istiqamətlənmiş hərəkəti; kataforez. 2. tib. Dərman maddələrinin ionlarını dəri və selikli qişaları zədələmədən sabit cərəyan vasitəsilə orqanizmə daxil etmək; ionoqalvanizasiya, ionoterapiya, ionoforez.
Fizika terminlər lüğətiSistemin halını təyin edən termodinamik potensial: H=U + pV.
Burada U – sistemin daxili enerjisi, p – təzyiqi, V – həcmidir. Sabit təzyiqdə gedən proseslərdə E.-sının dəyişməsi xaricdən ona verilən istiliyin miqdarına bərabərdir. Buna görə də E. həm də istilik funksiyası adlanır.
Fizika terminlər lüğətiTermodinamik sistemin hal funksiyası.
Elmə R. Klauzius daxil etmişdir (1865). Termodinamikanın birinci qanununa görə enerji itmir, bir növdən başqa növə çevrilir. Enerjinin iki müxtəlif növü olan iş istiliyə, istilik isə işə tamamilə çevrilə bilər. Bu zaman ümumi enerji sabit qaldığından termodinamikanın birinci qanunu belə proseslərin getməsinə heç bir məhdudiyyət qoymur. İkinci qanun tarazlıqdan çıxmış sistemin hansı yollarla tarazlığa qayıtmasını göstərir. Tarazlıqda olmayan sistem tarazlığa gəlincə arası kəsilmədən E.-sı az olan haldan E.-sı çox olan hala keçir və nəhayət, tarazlıqda E. ən böyük qiymət alır.
riyaz., inf. Müəyyən mənbədən alınan məlumatların qeyri-müəyyənlik ölçüsü.
Elmə amerikan riyaziyyatçısı K.E. Şennon daxil etmişdir (1916).
Fizika terminlər lüğəti