Radioaktiv elementlərin nüvələri tərəfindən elektron (e¯) və antineytrinonun (v͂) [və ya pozitron (e+) və neytrinonun (v)] buraxılması.
B.-p.-da buraxılan elektrona və pozitrona β-zərrəciklər, onların selinə isə β-şüalar deyilir. B.-p.-nın nəzəriyyəsini 1934-cü ildə Fermi vermişdir.
Fizika terminlər lüğətiBeta-parçalanma zamanı radioaktiv nüvələr tərəfində buraxılan beta-zərrəciklərin (elektronların və ya pozitrənların) enerjiyə görə parçalanmasının və konversiya elektronlarının diskret spektrlərinin tədqiqi.
Beta-zərrəciklərin enerjiyə görə paylanması beta-spektr (β-spektr) adlanır. β-spektrlər beta-spektrometr vasitəsilə tədqiq edilir.
Fizika terminlər lüğətibiol., Biofizikanın canlı toxumalarda, orqanlarda və bütövlükdə orqanizmdə baş verən mexaniki hadisələri öyrənən bölməsi.
Əvvəllər embriologiyanın mexanikasını öyrənən eksperimental embriologiya da “B.” adlanırdı. Hazırda bu termin insan və heyvanların hərəkət proseslərinin öyrənilməsində tətbiq edilir.
Fizika terminlər lüğəti