Atomların, yaxud atom qruplarının (molekulların, radikalların) elektron (və ya yüklü zərrəcik) itirməsi, eləcə də onlara elektron (və ya başqa yüklü zərrəcik) birləşməsi nəticəsində əmələ gələn yüklü zərrəciklər.
“İon” terminini elmə 1834-cü ildə M. Faradey daxil etmişdir. Cərəyan buraxıldıqda məhlulda mənfi qütbə (katoda) tərəf hərəkət edən müsbət yüklü İ.-a kation, müsbət qütbə (anoda) tərəf hərəkət edən mənfi yüklü İ.-a isə anion deyilir.
Fizika terminlər lüğətiinşaat. Hüdudlayıcı konstruksiyaların otaqlarda hava temperaturunun sabitliyini buraxılabilən hədlərdə saxlama qabiliyyəti; binanın istiyə davamlılığı.
Hüdudlayıcı konstruksiya ilə həmsərhəd olan hava mühitinin və konstruksiyadan keçən istilik axını temperaturlarının vaxtaşırı dəyişkənliyi halları üçün nəzərdə tutulur.
Fizika terminlər lüğətiMühitin fiziki xassələrinin istiqamətdən asılı olmaması; izotropiya.
Qazlar, mayelər, amorf bərk cisimlər və nisbətən böyük ölçülü bircins polikristallar bütün fiziki xassələrinə görə izotropdur. Kristal bərk cisimlər, adətən, anizotrop olur. Lakin simmetrikliyi yüksək olan kristalların da bir sıra fiziki xassəsi (elektrikkeçirmə, istidəngenişlənmə əmsalı və s.) istiqamətdən az asılıdır.
Fizika terminlər lüğəti