ərəb. zariyat (zariya sözünün cəmi) sözündəndir. Zəriyyə (bax: ad – ZƏRİYƏ) kimi, dilimizdə Zəriyət biçimində olan qadın adı küləklər, toz-torpağı göyə qaldıran güclü küləklər mənalarını ifadə edir. Zəriyət qadın adı “Quran” ayələrinin birinin adındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. mürəkkəb adların tərkibində işlənən zar və niçan sözlərinin birləşməsindən əmələ gəlmiş mürəkkəb şəxs adıdır.
Məişətimizdə qədim şəxs adları sırasında olan Zərnişan (bax ZƏR; NİŞAN) qadın adı qızıl nişanlı, əşyaların bəzəkli, gözəl görünməsi üçün üzərinə zərdən vurulan naxış anlamındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. ziba sözündəndir. Ziba qadın adı bəzəkli, zinətli, yaraşıqlı, qəşəng, göyçək, çox qəşəng mənasındadır.
Klassik ədəbiyyatda çoxişlənən söz və ifadələr sırasındadır. XX əsrdə məişətimizdə geniş yayılmış qadın adlarından olan Ziba əsrin səksəninci illərində müşahidəediləcək dərəcədə azalmışdı. XXI əsrdə, əminliklə demək olar ki, unudulmuş qadın adları sırasına keçmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti