qəd. yəh. yelena sözündən olub, dilimizdə işıqlı, seçilmiş, mehriban mənasındadır.
XX əsrin iyirminci illərindən rus dilində populyar qadın adlarından olan Yelena antroponimi kimi, adın kiçiltmə forması olan Lena da Azərbaycan antroponimikasına rus dili vasitəsilə daxil olmuşdur. Lakin məişətimizdə heç biri uzunömürlü adlardan olmamışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. yaman sözündən olub, xoşbəxt, bəxtəvər, həmçinin sağ tərəf, sağ, güney mənalarını ifadə edir.
Yəmən qadın adı Asiyanın cənub-qərbində, Ərəbistan yarımadasının cənubunda yerləşən dövlətin adındandır. Şərq ədəbiyyatında iri, qiymətli dürrü (dürri-Yəmən) ilə çox tanınmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti