fars. yadigar sözü xatirə olaraq verilən, saxlanılan, yaxud xatirə olaraq qalmaq üçün olan, xatirə, abidə mənasındadır. Məcazi mənası qalan, qalıq, xatirə, nümunədir.
Azərbaycan antroponimikasında müştərək adlar sırasında olan Yadigar şəxs adı sözün məcazi mənası ilə əlaqədardır. Çox zaman yenicə dünyaya göz açmış körpəyə yaxın vaxtda dünyasını dəyişən ananın, yaxud atanın, baba və ya nənənin adı deyil, məhz Yadigar adı (özü getdi, yerində yadigarı qaldı mənasında) qoyulmuş, beləliklə də ad məişətimizə daxil olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. yaxçı sözü lazımi qaydada olan, bəyənilən, təmin edən, kafi, zərərsiz, bəlasız, və s. buna yaxın razılıq mənalarında işlənsə də, qadın adı olaraq əsasən sevimli, əziz, mehriban, daha dəqiq, mənə yaxşı olan mənasını ifadə edir.
İlk dəfə Yaxşı adını C.Cabbarlı “Almaz” (1930) əsərində işlətmişdir. Ədibin əsərlərində ilk dəfə işlənmiş bir çox şəxs adları kimi, Yaxşı adı da məişətimizə daxil oldu. Bu gün Azərbaycan antroponimikasında tərkibində Yaxşı qadın adının işləndiyi mürəkkəb qadın adları da mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiyunan. hiyakuntos sözündəndir. Dilimizə ərəb dilindən keçmə sözlərdəndir. Azərbaycan antroponimikasında qiymətli qaşdaş adından yaranmış şəxs adları sırasında olan Yaqut qadın adı qırmızı rəngdə olan qiymətli daşın adındandır.
Klassik ədəbiyyatda al-qırmızı rəng kimi məcazi mənada işlənir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. yanaq üzün almacıq sümüyündən çənəyə qədər olan hissəsidir. Klassik ədəbiyyatda, xüsusən gözəlləmələrdə tez-tez işlədilir.
Yanaq sözünün sağlam, dolğun, qırmızı yanaqları olan, xoşagəlimli adam kimi məcazi mənası vardır. Azərbaycan antroponimikasında tərkibində Yanaq adının işləndiyi qadın adları mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. yar sözü dost, yoldaş, kömək anlamlarını ifadə edir. Klassik ədəbiyyatda sevgili, istəkli, məşuq, məşuqə mənalarında istifadə olunmuş yar sözünə məişətimizdə də, xalq ədəbiyyatı nümunələrində də çox rast gəlinir.
Azərbaycan antroponimikasında müstəqil şəxs adı kimi mövcud olmasa da, kifayət qədər qadın və kişi adlarının tərkibində komponent olaraq işlənir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. yarpız, əsasən, su kənarlarında bitən çox ətirli, nanə növlərindəndir. Azərbaycan mətbəxində ədviyyat kimi işlədilən yarpızın xalq təbabətində də müalicəvi xüsusiyyətləri məlumdur. Bu gün məişətimizdə Yarpız qadın adının daşıyıcıları, əsasən, yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. yavar sözündən olub, əvvəllər köməkçi, etibarlı şəxs, inanılmış adam mənalarını ifadə etsə də, sonralar hərbi hissələrdə komandirin köməkçisi (adyutant) mənasında da işlənmişdir.
Yavər Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olsa da, Yavər kişi adı (bax: kişi adı – YAVƏR) ilə qadın adının fərqli mənaları vardır. Yavər qadın adı etibarlı köməkçi, ailənin inanılmış adamı mənasındadır. Azərbaycan xanəndəlik sənətində Yavər Kələntərlinin özünəməxsus rolu olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti