azərb. solmaz (qeyri-qəti gəl. z. ş. solmaq feili) feilindəndir. Solmaz heç zaman təravətini itirməyən, həmişə solmaz gül kimi xoş olan mənasındadır.
İlk dəfə C.Cabbarlının “Od gəlini” faciəsində əsas qəhrəmanlardan birinə verdiyi qadın adı Solmaz sonradan, ədibin digər qəhrəmanlarının adları kimi, məişətimizə daxil oldu, geniş yayıldı və uzunömürlü oldu. Solmaz keçən əsrin otuzuncu illərindən bu günə kimi dəbdə olan qadın adıdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. sona çöl ördəyi mənasındadır. Sona əslində erkək çölördəyinin adıdır.
Qadın adı olması quşun bəzəkli, çox yaraşıqlı olması ilə əlaqədardır. Xalq ədəbiyyatında olduğu kimi, klassik ədəbiyyatda da gözəlin epitetlərindən biridir. Sona adı da gözəl mənasındadır. Müasir Azərbaycan dilində qadınlara aid çox gözəl mənasında Su sonasıdır, maçallah; Ela gözaldir ki, sanki su sonasıdır; Su sonasına banzayir və s. ümumişlək ifadələr də kifayət qədərdir. Azərbaycan antroponimikasında Sona həm də mürəkkəb adların tərkibində mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. sönmak (q.q. gəl. z. ink. sönmak feili) feilindəndir. C.Cabbarlının “Od gəlini” əsərində surətlərdən birinin adıdır. Görkəmli ədibin əsərdə ilk dəfə işlətdiyi ad çox sevilmişdi.
Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Sönməz adı parlaqlığını saxlayan, təravətini saxlayan, sönməyən, aydın, canlı, parlaq anlamlarını ifadə edir. Türkiyə türklərində həm şəxs adı, həm də soyad kimi rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. suad sözündən olub, xoşbəxtliklə əlaqədar, bəxtiyarlıqla bağlı, bəxtəvər anlamlarını ifadə edir.
Türk antroponimik vahidlər sistemində mövcud Suad şəxs adı qədim ərəb adlarındandır. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasındadır. Adın təhrif olunmuş Suat, həmçinin -a şəkilçisinin artırılması ilə yaranmış Suada formaları da sonradan müstəqil şəxs adı kimi rəsmiləşmişdir. Suad şəxs adı məişətimizə XX əsrin ortalarından daxil olmuşdur. Görkəmli türk yazıçısı və ictimai xadim Suad Dərvişin əsərləri (1903-1972) Sovet İttifaqında geniş təbliğ olunurdu. Bu, yazıçı xanımın publisistik yazılarında Sovet İttifaqına marağı, rəğbəti ilə əlaqədar idi. “Əminə”, “Fosforlu Cevriyə” kimi romanları, eləcə də kiçik hekayələri dilimizə tərcümə ediləndən sonra xalqımızın sevimli yazıçıya məhəbbəti Suad adının məişətimizə daxil olmasına səbəb olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. Suğra və mürəkkəb adların tərkibində işlənən Xanım adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Suğraxanım (bax: ad – SUĞRA; XANIM) qadın adı Suğra xanım anlamındadır. Adın təhrif olunmuş Suqraxanım forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti