ərəb. sayyara sözündəndir. Səyyarə Günəşin ətrafında fırlanan, ondan işıq və istilik alan, həmçinin Günəş işığının inikası ilə işıqlanan göy cismidir.
Klassik ədəbiyyatda tez-tez rast gəlinən söz və ifadələrdəndir. Səyyarə adının təhrif olunmuş Səyarə, Siyarə formaları da sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir. XX əsrdə məişətimizdə geniş yayılmış Səyyarə qadın adı əsrin sonlarında dəbdən düşmüşdür. Bu gün Azərbaycanda adın daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. siddiq sözündəndir. Dilimizin şəxs adları sistemində mövcud İslam dini ilə əlaqədar Siddiqə qadın adı doğruluq, həqiqət, səmimiyyət, həmçinin həqiqi, səmimi anlamlarını ifadə edir.
Məlumdur ki, İslam dini bərqərar olandan bütün müsəlman ölkələrində adqoymada Məhəmməd Peyğəmbərin adı kimi, ailə üzvlərinin adlarına da üstünlük verilmişdir. Şərq xalqlarında olduğu kimi, türk antroponimik vahidlər sistemində də mövcud Siddiqə qadın adı Məhəmməd Peyğəmbərin ən çox sevdiyi, imam Əli ilə ailə qurmuş kiçik qızının ləqəbindən formalaşmış addır. İslam dininə görə, Allah-taala hədsiz sədaqətinə, doğruçuluğuna, səmimiliyinə görə onu və onun mömin, Tanrının birliyinə səmimi-qəlbdən inanan övladlarını, dostlarını cəhənnəm atəşindən uzaqlaşdırmışdır. Fatimənin Siddiqə ilə yanaşı, Mubarəkə (bax: ad – MÜBARƏK), Tahirə (bax: ad – TAHİRƏ), Zəkiyyə (bax: ad – ZƏKİYYƏ), Raziyyə (bax: ad – RAZİYƏ), Mərziyyə (bax: ad – MƏRZİYYƏ), Mühəddəsə, Zəhra (bax: ad – ZƏHRA) kimi doqquz adı məlumdur. Bu adların hər biri Azərbaycan şəxs adları sistemində müstəqil qadın adı kimi mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiibrani. sima şöhrət, şan, şərəfli ad deməkdir. İncildə Nuh Peyğəmbərin oğlanlarından birinin adındandır.
Sonradan ərəb, fars, slavyan dillərinə keçmişdir. Ərəb dilində üz, bəniz, çöhrə, həmçinin şəxs, şəxsiyyət mənalarında işlənir. Xarici görünüş kimi məcazi mənası da vardır. Sima qadın adı məişətimizə XX əsrin otuzuncu illərindən sonra daxil olmuşdur. Serafima qadın adının qısaldılmış forması olub, rus dilindən birbaşa keçmə şəxs adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. Simuzar qadın adı sim (gümüş mənasında) və mürəkkəb adların tərkibində işlənən zər sözlərinin birləşməsindən əmələ gəlmişdir.
Türk dillərinin əksəriyyətində mövcud Simuzər qadın adına fars şəxs adları siyahılarında rast gəlinmir. İki qiymətli metalın adından əmələ gəlmiş qadın adı gümüş kimi, qızıl kimi qiymətli mənasındadır. Simuzər qadına adı XX əsrdə məişətimizdə geniş yayılmış şəxs adları sırasında olsa da, bu gün müşahidə ediləcək dərəcədə azalmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. sina və azərb. mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş xanım titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Müasir Azərbaycan dilində ümumişlək sözlərdən olan sinə sözü köks, döş, həmçinin yamac mənalarını ifadə edir. Ürək, qəlb kimi məcazi mənalarda klassik ədəbiyyatda tez-tez rast gəlinən ifadə və kəlmələr sırasındadır. Məlumdur ki, müasir Azərbaycan dilində tərkibində sinə kəlməsinin işləndiyi sinəbənd, sinədəftər, sinədolusu və s. kimi mürəkkəb sözlər ümumişlək söz və ifadələr sırasındadır. Sinəxanım qadın adındakı sinə kəlməsi sözün məcazi mənası ilə əlaqədardır. Beləliklə, Sinəxanım (bax: ad – XANIM) qadın adı ürəyə, qəlbə yaxın xanım anlamına gəlir. Qeyd etmək lazımdır ki, nə fars dilində, nə də türk dillərində Sinəxanım qadın adına rast gəlinir. Məişətimizdə geniş yayılmamış, nadir şəxs adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiyunan. sofiya (əslində sopiya) sözündəndir. Sofiya qadın adı müdriklik, müdrik anlamındadır.
Adın təhrif olunmuş formaları Sofya, Sofa da sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir. Adın daşıyıcılarından Sofa Bəsirzadə (əsl soyadı Vəzirova olmuşdur, 1918-2000) teatr səhnəsindəki fəaliyyətinə görə Azərbaycanın Xalq Artisti adına layiq görülmüş sənətkarlarımızdandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti