ərəb. ramz sözündəndir. Rəmziyə qadın adı işarəyə aid (olan), işarə ilə bir fikri və ya ifadəni anlatma, fikrini dolayısı ilə çatdırma, ifadə etmək, istədiyini üstüörtülü şəkildə çatdırmaq anlamlarını ifadə edən Rəmzi kişi adından (bax: ad – RƏMZİ) ənənəvi yolla yaranmışdır.
XX əsrdə dəbdə olan Rəmziyyə qadın adı əsrin sonlarında artıq dəbdən düşmüşdü. Bu gün adın daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. rana sözündən olub, gözəl (qadın, qız), lətafətli, qəşəng, məlahətli, incə anlamlarını ifadə edir.
Rəna klassik ədəbiyyatda ən çox rast gəlinən söz və ifadələr sırasındadır. XX əsrdə olduğu kimi, bu gün də Rəna məişətimizdə geniş yayılmış qadın adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. rasmi sözündəndir. Müasir Azərbaycan dilində ümumişlək sözlər sırasında olan rəsmi sözü hökumət, müdiriyyət, vəzifəli şəxs tərəfindən, yaxud adından olan, hökumət sənədlərinə xas olan, həmçinin bütün qaydaları gözləyərək, mövcud qaydalara müvafiq, soyuq, lakin etik qaydaları gözləyərək, nəzakətli anlamlarını ifadə edir.
Rəsmiyyə qadın adı Azərbaycan antroponimikasında köhnəlmiş adlar sırasında olan Rəsmi kişi adından (bax: RƏSMİ) ənənəvi yolla yaranmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiyun. rita sözü dilimizə tərcümədə mirvari, inci deməkdir. Yunan mifologiyasında Afroditanın epitetidir. Marqarita qadın adının danışıq formasından yaranmış qadın adıdır.
Cənubi Qafqazın digər respublikalarında geniş yayılmış qadın adları sırasında olan Rita məişətimizdə artıq unudulmaqda olan şəxs adlarındandır. Dilimizin şəxs adları sistemində mövcud Rita qadın adı, əsasən, xarici filmlərin, xüsusilə də XX əsrin ortalarından etibarən çox sevilən hind filmlərinin qadın qəhrəmanlarının adlarından götürülmüşdür.
Azərbaycan şəxs adlarının izahlı lüğətiyun. Roksana (mənbə dildə röksanye) sözündəndir, dilimizə tərcümədə gülən, həmçinin güləyən deməkdir. Dilimizə rus dili vasitəsilə keçmiş qadın adlarındandır.
Əminliklə demək olar ki, dünyanın bir çox dillərində mövcud Roksana qadın adı heç də sözün mənası ilə əlaqədar deyildir. Tarixdən məlumdur ki, Makedoniyalı İsgəndərin həyat yoldaşının adı Roksana olmuşdur. Bu da adın bir çox dillərdə mövcud olmasının əsas səbəbi olmuşdur desək, yəqin ki, yanılmarıq. German dillərində, həmçinin slavyan dillərində adın qısaltma formalarına, eləcə də törəmələrinə rast gəlinir. Roksana qadın adı, demək olar ki, Cənubi Qafqazda yaşayan bütün xalqların dillərində mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətilatın. Roza sözündəndir, dilimizə tərcümədə qızılgül, qırmızı gül deməkdir. Azərbaycan antroponimikasında Qızılgül (bax: ad – QIZILGÜL) qadın adı olsa da, Roza adı da XX əsrin əvvəllərindən rus dili vasitəsilə alınma şəxs adları sırasındadır.
Roza məişətimizə XX əsrin otuzuncu illərinin əvvəllərindən daxil olmuş qadın adlarındandır. XX əsrin əvvəllərində Almaniyada inqilabçı qadınlardan birinin, Avropanın ən fəal kommunist hərəkatı üzvlərindən olmuş, silahdaşları arasında “sosialist bacı” kimi tanınmış yəhudi əsilli Roza Lüksemburqun (1870– 1919, alman dilində Rosa Luxemburg) adındandır. Keçən əsrin 60cı illərinə qədər Azərbaycanda populyar qadın adları sırasında olsa da, sonradan dəbdən düşmüşdür. Bu gün adın daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir. Qeyd etmək lazımdır ki, Cənubi Qafqazın digər respublikalarında geniş yayılmış qadın adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti