fars. qubad tikanlı və iri yarpaqlı ağacın adıdır.
Doğrudur, dilimizin şəxs adları sistemində ağac adından yaranmış kişi adlarına təsadüf edilir. Lakin Qubad kişi adı bu ağacın adından formalaşmamışdır. Məlum olduğu kimi, Azərbaycan antroponimikasında İran şahlarının adları ilə əlaqədar kifayət qədər kişi adları mövcuddur. Qubad kişi adı İran tarixində Sasani şahlarının birinin adındandır. Bir çox lüğətlərdə Qubad kişi adı bitki adı ilə, daha dəqiq, iri yarpaqlı ağacın adı ilə əlaqələndirilir. Bəzi mənbələrdə Qubad kişi adının danışığı və hərəkətləri kobud olan, qaba, yekəpər (adam) mənasında olduğu barədə məlumatlara da rast gəlinir. Qubad məişətimizdə artıq unudulmaqda olan kişi adları sırasındadır. Bu gün Azərbaycanda Qubad adından formalaşmış Qubadov, Qubadlı, Qubadzadə soyadlarına kifayət qədər rast gəlinir. Bu da məişətimizdə yaxın keçmişə qədər Qubad adının geniş yayıldığına dəlalət edir. Qubad kişi adı ilə əlaqədar Qubadlı toponimi də mövcuddur. Azərbaycan ərazisində Qubad kişi adı ilə əlaqədar Qubadlı bölgəsi də vardır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. qulam (əslində ğulam) sözü dilimizdə gənc nökər, gənc xidmətçi, qulluqçu gənc kişi, qul, kölə, cavan xidmətçi anlamlarını ifadə edir.
Qulam XX əsrin 60-70-ci illərinə qədər məişətimizdə geniş yayılmış kişi adlarından olmuş, əsrin səksəninci illərində isə dəbdən düşən şəxs adları sırasındadır. Adın daşıyıcıları arasında tanınmış şəxsiyyətlərdən biri Qulam Məmməd oğlu Məmmədli (1897-1994) XX əsrdə yaşamış görkəmli publisist, teatrşünas, salnaməçi, M.F.Axundov adına Ədəbi mükafat laureatı, Azərbaycanın Əməkdar Jurnalisti olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. mürəkkəb adların tərkibində işlənən Qulam və Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Qulaməli (bax: ad – QULAM; ƏLİ) kişi adı Əlinin qulu, Əlinin köləsi mənasındadır. Adın məşhur daşıyıcılarından İrəvan xanlığının tarixində Qulaməli xanın hakimiyyəti 1783–1784-cü illərə təsadüf edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. mürəkkəb adların tərkibində işlənən Qulam və Rza adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Qulamrza (bax: ad – QULAM; RZA) kişi adı Rzanın qulu, köləsi anlamındadır. Adın daşıyıcılarından Qulamrza Beqdeli Təbriz Universitetinin Dil-ədəbiyyat fakültəsinin məzunu, İngiltərənin Edinburq Universitetində 1960-cı ildə magistr dərəcəsini almış, 1969-cu ildə doktorluq dissertasiyası müdafiə edərək Orta Asiya, İran və Azərbaycan xalqlarının ədəbiyyatı kafedrasının professoru olmuşdur. Nizaminin “Leyli və Məcnun”, Xaqaninin “Mədain xərabələri” əsərlərini ingilis dilinə tərcümə etmişdir. Alimin təşəbbüsü və rəhbərliyi ilə 1980-ci illərin sonlarından mühacir həmyerlilərini Cənubi və Şimali Azərbaycanda baş verən yeniliklərlə tanış etmək məqsədiləAzərbaycan və fars dillərində “Odlar ölkəsi” adlı aylıq qəzet nəşr olunur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. qulu sözü (III şəxs tək. məns. ş. qul sözü) köhnəlmiş sözlərdən olsa da, kişi adı kimi, eləcə də mürəkkəb adların tərkibində işlənir.
Qədim dövrlərdə müharibədə əsir tutulub satılan şəxslərə, eləcə də xidmət üçün satın alınmış, hər cür istehsal vasitəsi və hüquqdan məhrum olan və tamamilə öz sahibinin ixtiyarında olub, lazım gələndə hətta satılıb-alına bilən insan mənasındadır. Onun qulu, onun nökəri mənalarını ifadə etməklə yanaşı, xəlq edilən, bəndə, məxluq anlamlarını da ifadə edir. Bu mənalarda Allahqulu (bax: ad – ALLAHQULU), Tanrıqulu (bax: ad – TANRIQULU), İmamqulu (bax: ad – İMAMQULU ) və b. mürəkkəb adların tərkibində işlənir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. qurban sözü dilimizdə müəyyən bir məqsədlə əziz bir şeyi fəda etmək mənasındadır.
Dini adətlərə görə, Allah yolunda qurban edilərək kəsilən heyvan, həmçinin hicri ilinin sonuncu ayında müsəlmanların qurban kəsdikləri dini bayramın – Qurban bayramının adındandır. Xalq arasında hər hansı bir əlamətdar, arzu edilən hadisənin baş verməsi münasibətilə, eləcə də niyyət edib bir işin hasilə yetdiyindən sevinərkən heyvan (əsasən qoyun) kəsmə adəti də qurban adlanır. Bir ağır, faciəvi hadisə nəticəsində həlak olmuş insana da qurban (getdi) deyirlər. Bu gün məişətimizdə geniş yayılmış kişi adları sırasında olan Qurban. Azərbaycan antroponimikasında bir sıra mürəkkəb şəxs adlarının tərkibində də işlənir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti