ərəb. qaçam (əslində qaçim) sözündəndir. Azərbaycan dilində təcrübəsiz, çiy, bir işdə bişməyən, məlumatı olmayan, qaydaya düşməyən, fikirləşmədən, düşünmədən, götür-qoy etmədən anlamlarını ifadə edir.
Qəşəm kişi adının daşıyıcıları bu gün yalnız orta və yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. qayyum sözündəndir. Müasir Azərbaycan dilində qəyyum sözü ümumişlək sözlərdən olan qəyyum, həddi-büluğa çatmamış uşaqlara, yaxud hər hansı ağır bir xəstəlik üzündən öz işlərini idarə etməyə qabil olmayan şəxslərə və onların mal və mülkünə nəzarət edən adam anlamındadır.
Məcazi mənada (sahib, yiyə, vəkil) daha çox işlənir. Qəyyum Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adları sırasındadır. Məlum olduğu kimi, Allahın məlum 99 adından biri də əl-Qəyyum olub, hər şeyə dəstək olan (Allah) anlamındadır. XX əsrdə məişətimizdə geniş yayılmış Qəyyum məişətimizdə artıq unudulmaqda olan kişi adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. qılınc xəncərdən böyük, əyri və ya düz formada olan silah növüdür. Qılınc kişi adı dilimizdə silah adları ilə əlaqədar şəxs adları sırasındadır.
Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Qılınc bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. qılman (əslində ğulam sözünün cəmi ğılman) sözündənir. Qılman sözü dilimizdə qullar, kölələr, iş icra edən oğlanlar, qulamlar, nökərlər, uşaqlar mənasındadır.
İslam dini ilə əlaqədar rəvayətlərə görə, Cənnətdə, Behiştdə qulluq göstərən cavan oğlan qulluqçular, gənc oğlan xidmətçilər mənasındadır. XX əsrin ortalarından Qılman məişətimizdə müşahidəediləcək dərəcədə azalmış, bu gün isə artıq köhnəlmiş kişi adları sırasındadır. Adın məşhur daşıyıcılarından Qılman İlkin (Qılman Musayev, 1914-2009) yazıçı, nasir, ssenarist, M.F.Axundov adına Dövlət Mükafatı laureatı, Azərbaycanın Əməkdar İncəsənət Xadimi adına layiq görülmüş ədiblərimizdəndir.
Azərbaycan şəxs adlarının izahlı lüğətietn., Qıpçaq kişi adı XI–XII əsrlərdə cənubi rus torpaqlarını tutmuş peçeneqlərə yaxın türkdilli xalqın adındandır.
Tarixdən məlum olduğu kimi, Xəzər dənizinin şimalında, Volqaboyuda və şimal-qərbdə məğlub edilmələri nəticəsində Orta Asiyanın şimal hissəsindən köçüb gələn türkdilli tayfaların (quman, becenek, suvar və s.) arasında qıpçaqlar da olmuşdur. Qıpçaqlar əvvəllər Volqaboyudan Dərbənd səddinə qədər uzanan torpaqlarda yaşamışlar. Sonradan isə bunlardan bəziləri daha aşağılarda, yəni Aranda, Azərbaycanda məskunlaşmışlar. Qıpçaq tayfa adı bu gün ölkəmizin ərazisində toponim olaraq mövcuddur. Qeyd etmək lazımdır ki, Qıpçaq dilimizdə uzun müddət həm də antroponim kimi işlənmişdir. Lakin artıq məişətimizdə arxaikləşmiş şəxs adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. qismat sözü dilimizdə tale, nəsib, qədər, bəxt, həmçinin taleyinə, qədərinə çıxan (kimsə, nə isə) mənasındadır.
Azərbaycan antroponimikasında müştərək şəxs adlarından olan Qismət tale, qədər anlamı ilə əlaqədar olub, payına düşmək, nəsib olmaq mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. qivami sözü dilimizdə duruş, dayaq, həmçinin məna, məzmun anlamlarını ifadə edir.
Qədim adlardandır. Qivami ədəbiyyat tarixində XII əsrin ikinci yarısında Gəncədə yaşamış Dövlətşah Səmərqəndi Mütərrizi təxəllüsü ilə də tanınmış, Nizami Gəncəvinin qardaşı və yaxud əmisi oğlu olduğu ehtimal edilən, tanınmış şairlərdən olmuş Qivami Gəncəvinin (?-1190) adındandır. Şairin “Divan”ı Britaniya muzeylərindən birində saxlanılır. Türk şairi Ziya Paşanın tərtib etdiyi “Xarabat” adlı seçmə topluda yer almış “Bədiiliyin sehrkarlıqları” adlı məşhur qəsidəsi şərhləri ilə birlikdə Özbəkistanda Ə.Biruni adına İnstitutun əlyazmalar şöbəsində qorunmaqdadır. Ədəbiyyatşünaslığımızda barəsində, əsasən, 1940-cı ildən etibarən bəhs edilən şairin çörəkçi olduğu, ictimai məzmunlu şeirlər yazdığı qeyd edilir. Şeirlərinin əksəriyyətini dilimizə Ə.Vahid tərcümə etmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. qiyamat sözündəndir. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Qiyamət kişi adı sözün məcazi mənası ilə əlaqədar olub, əla, həddən artıq yaxşı sifətlərə malik olan (adam) mənasındadır.
İslam dini ilə əlaqədar rəvayətlərə, həmçinin dini etiqadlara görə, qiyamət axır zamanda dünya, aləm dağıldıqdan sonra bütün ölülərin dirilib ayağa qalxacağı məhşər günüdür. Dilimizdə gurultu, partıltı, səs-küy, mərəkə, bir də (insanlar haqqında) əla, həddən artıq yaxşı, çox gözəl, görməli, eşitməli kimi məcazi mənaları da vardır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. qiyas sözündən olub, dilimizdə bir şeyi başqa şeylə müqayisə edərək fikir söyləmək, hökm vermək, mühakimə yeritmə, həmçinin zənn etmə, bənzətmə, ehtimal, tutuşdurma və buna yaxın mənaları ifadə edir.
Allahın məlum 99 adından olan əl-Qiyas (hökm sahibi mənasındadır) adındandır. Qiyas kişi adı hökmü olan, hökm verən mənalarını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. qiyas ad-din sözü dilimizdə dinin yayılmasında xidmətləri keçən anlamındadır. İslam dini ilə əlaqədar şəxs adları kimi, Qiyasəddin adı da Şərqdə geniş yayılmışdır.
Adın daşıyıcılarından Qiyasəddin Cəmşid Masud əl-Kaşani (1380 İran – 1429 Səmərqənd) dahi astronom və riyaziyyatçı olmuşdur. Adın daha bir məşhur daşıyıcısı XX əsrdə tanınmış tarixçi alim Qiyasəddin (1934) Qeybullayev XX əsrdə Azərbaycan tarixi mütəxəssisi, etnoqraf, tarix elmləri doktoru, professor olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti