ərəb. qeyrat sözündəndir. Müasir Azərbaycan dilində ümumişlək sözlərdən olan qeyrət vətən, xalq, ailə namusu, ən əziz və müqəddəs sayılan bir şeyin təəssübünü çəkmə, şərəfini, heysiyyətini qoruma, ciddi səy, çalışma, səbir, dözüm, mətanət və çətinlik, bəla qarşısında əzmlə dayanma anlamlarını ifadə edir.
Qeyrət kişi adı bu gün unudulmaqda olan adlardandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətilatın. sezar sözünün ərəbcələşdirilmiş biçimi olub, hökmdar, padşah, hakim, şah mənasındadır.
Tədqiqatlarda rus dilindəki “çar” (padşah) və alman dilindəki “kayzer” sözünün də sezar sözündən olduğu barədə məlumatlar vardır. Məşhur Roma dövlət və siyasi xadimi, sərkərdə, yazıçı Yuli Sezar (m.ə. 100-44-cü illər) qüdrətli Roma dövlətini yaratdığı və bir çox müharibələrdə çaldığı qələbələrə görə, ölümündən sonra bir çox Qərb ölkələrində hökmdarlara sezar deyilirdi. Qədim Roma və Bizans padşahlarına verilən addır. Bu gün məişətimizdə qədim şəxs adlarından olan Qeysər kişi adının daşıyıcıları, əsasən, yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. qadim sözü dilimizdə çox köhnə zamanlar, çox uzaq keçmişə məxsus və ya aid olan, çöx köhnə, lap çoxdan dəbdən düşmüş anlamlarını ifadə edir.
Qədim Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar kişi adları sırasındadır. Əl-Qədim Allahın məlum 99 adından biri olub, ulu, çox uzaq keçmişlərdən olan mənalarındadır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Qədim adı yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. Qadim və mürəkkəb adların tərkibində işlənən Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Qədiməli (bax: ad – QƏDİM; ƏLİ) kişi adı çox uzaq keçmişdə yaşamış Əli mənasındadır.
Adın təhrif olunmuş formaları Qədimalı, Qədmalı da sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti