türk. Quççu (bəzi mənbələrdə Quşi, Kuşi) şəxs adı qədim türk tayfalarından birinin adındandır.
Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Quşçu bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır. Azərbaycan ərazisində yaşamış Quşçu tayfasının adı həm də bir sıra toponimlərdə, oronimlərdə qorunmuşdur. Şamaxı bölgəsində hündürlüyü 1421 metr olan Quşçu dağı, Daşkəsən bölgəsində Quşçu dağı, həmçinin Laçın bölgəsində Quşçu ayrımı, Quşçu Qalası dağı, Quşçu kəndi, Xocavənd bölgəsində Quşçular dağı, Gədəbəydə Quşçunun yalı bölgəsi və s. qeydə alınmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. qüdrat sözündən olub, Allahın, Tanrının yaratma gücü ilə əlaqədar böyük qüvvət, iqtidar, güc, iradə, nüfuz qüvvəsi, möhkəmlik, təbiət, fitrət anlamlarını ifadə edir. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Qüdrət adı məişətimizdə geniş yayılmış kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. qüdsi sözü dilimizdə müqəddəs, təmiz, pak, ən əziz anlamlarını ifadə edir. Qüdsi kişi adı nöqsansız mənasındadır.
Allahın məlum 99 adından biri də əl-Qüddüsdür. Əl-Qüddüs nöqsanlardan təmizlənmiş mənasında izah edilir. Qüdsi şəxs adı da Qüddüs adındandır. XIX əsrdə yaşamış ensiklopedik bilik sahibi, görkəmli Azərbaycan ziyalısı, yazıçı A.Bakıxanov (17941847) əsərlərini Qüdsi təxəllüsü ilə yazmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. qürbat sözü dilimizdə yad yer, yad ölkədə olma, vətənindən uzaqda, qəriblikdə olma, vətəndən uzaq yer anlamlarını ifadə edir.
Məişətimizdə bu gün unudulmaqda olan kişi adları sırasında olan Qürbət kişi adının daşıyıcıları, əsasən, yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti