fars. nigar sözü dilimizə hərfi tərcümədə yazılmış, cızılmış, nəqş edilmiş, həmçinin rəsm, şəkil, surət, bəzək anlamlarındadır. Gözəl, yaraşıqlı (sevgili) kimi məcazi mənaları ifadə edir.
Dünyaya gələn qız övladlara Nigar adını verən valideynlər, yaxınlar sözün məcazi mənasına əsaslanıblar. Azərbaycanda günümüzdə də geniş yayılmış qadın adları sırasında olan Nigar türk xalqları arasında geniş yayılmış şəxs adlarındandır. Mənbələrdə nigar sözünün “Kitabi-Dədə Qorqud” dastanlarında bəzək mənasında işləndiyi barədə məlumatlara rast gəlinir. XVI əsrə aid edilən yazılı abidələrdən olan “Baburnamə”də, XVI əsrin sonu, XVII əsrin əvvəllərinə aid edilən “Koroğlu” dastanında da Nigar adına rast gəlirik. Adın məişətimizdə bu qədər geniş yayılmasında “Koroğlu” dastanı xüsusi qeyd olunmalıdır. Dastanda əsas qəhrəmanın həyat yoldaşı, silahdaşı Nigar çox səmimi, cəsarətli, sədaqətli, elini, obasını sevən gözəl bir xanım kimi təsvir edilmişdir. Bu keyfiyyətlər də Nigar adının məişətimizdə uzunömürlülüyünə səbəb olan amillərdəndir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. nil sözü mavi, lacivərd, hava rəngi, mavi boya alınan tropik bitki adı olmaqla yanaşı, həmçinin bərəkət mənasındadır.
Misirdən keçərək Ağ dənizə tökülən çayın adındandır. Türkiyə türklərində Nil müstəqil qadın adı kimi formalaşsa da, Azərbaycan antroponimikasında müstəqil ad kimi mövcud olmayıb, bir sıra mürəkkəb qadın adlarının tərkibində işlənir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. nilufar sözündən olub, dilimizə tərcümədə Nilin yaratdığı (lotos) deməkdir.
Nilufər Asiya və Afrika ölkələrində çox sevilən, suzanbağı fəsiləsindən çəhrayı, bir qədər də qırmızıya çalan iri gülün adındandır. Hindistanda bu gülə bərəkət, firavanlıq rəmzi kimi baxılır. Adın təhrif olunmuş Nülufər, Lilpar formaları da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. nisa sözündəndir. Nisə dilimizə tərcümədə qadın (cinsi), qız, qadınlar deməkdir.
Lakin Nisə qadın adı bu mənalar ilə əlaqədar deyildir. Müqəddəs kitab “Quran”ın dördüncü surəsinin (“Ən-Nisa”) adındandır. XX əsrdə olduğu kimi, bu gün də məişətimizdə geniş yayılmış qadın adlarındandır. Azərbaycan antroponimikasında adın iştirak etdiyi mürəkkəb qadın adları da kifayət qədərdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. niçan (əslində neçan) sözündəndir. Dilimizdə nişan sözü bir neçə mənada işlənir: 1. Əsər, əlamət, iz; 2. Güllə ilə vurulmalı nöqtə; 3. Hər hansı hadisənin və s. xatirinə yaxaya taxmaq üçün verilən lövhəcik; 4. Toydan öncə keçirilən mərasim.
Nişan qadın adı sözün birinci mənası ilə əlaqədar olub, əsər, əlamət, iz anlamındadır. Adın sonuna -a şəkilçisi əlavə etməklə adın Nişanə variantı da yaranmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti