fars. naziya sözündən olub, nazlı, işvəli, həmçinin naz ilə, işvə ilə anlamlarına gəlir.
XX əsrin ortalarına qədər məişətimizdə geniş yayılmış Naziyə qadın adı bu gün unudulmaqda olan şəxs adları sırasındadır. Adın daşıyıcılarından Naziyə xanım Şəmsəddinskaya (1926) Azərbaycanda tibb elminin inkişafında xüsusi əməyi olan qadın alimlərimizdəndir. Qadınlarda hamiləliyin gedişinə, bətndaxili infeksiyaların etiologiyasına və s. həsr edilmiş 170 elmi məqalənin, bir neçə monoqrafiyanın müəllifi Naziyə xanım dəfələrlə beynəlxalq konqreslərdə, forum və seminarlarda ginekologiyanın aktual problemlərinə aid elmi məruzələrlə çıxış etmişdir. Respublikada ginekologiya sahəsində bir çox tanınmış alimlərin elmi rəhbəri məhz tibb elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Naziyə xanım olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. naz sözündəndir. Xalq ədəbiyyatında, klassik ədəbiyyatda olduğu kimi, müasir Azərbaycan ədəbiyyatında tez-tez rast gəlinən sözlər (nazlı yar, nazlı baxış, nazlı yeriş və s.) sırasındadır.
Nazlı (bax: ad – NAZ) qadın adı nazı, qəmzəsi, işvəsi həddən artıq olan (qadın, qız) anlamını ifadə edir. Klassik poeziyada da tez-tez rast gəlinən söz və ifadələr sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. mürəkkəb adların tərkibində işlənən naz və pari sözlərinin birləşməsindən əmələ gəlmiş mürəkkəb şəxs adıdır.
Nazpəri (bax: ad – NAZ; PƏRİ) qadın adı işvəli gözəl, nazlı gözəl anlamlarını ifadə edir. Məişətimizdə qədim adlardandır. Nazpəri adına N.Gəncəvinin “Yeddi gözəl” əsərində də rast gəlinir. Əsərdə Xarəzm padşahının qızı, Xəvərnəq sarayında şəkli çəkilən yeddi gözəldən birinin adı Nazpəridir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. mürəkkəb adların tərkibində işlənən naz və parvar (bəslənilmiş, böyüdülmüş) sözlərinin birləşməsindən əmələ gəlmiş mürəkkəb şəxs adıdır.
Nazpərvər (bax: ad – NAZ; PƏRVƏR) qadın adı nazlı böyüdülmüş, naz içində böyümüş gözəl xanım anlamlarını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti