azərb. çeh sözündən olub, rütubətli havada gecələr torpaq, bitki və s. üzərinə qonan incə su damcıları, həmçinin qırov, şəbnəm mənalarındadır.
Dilimizin antroponimik vahidlər sistemində tərkibində şeh sözünün işləndiyi bir neçə qadın adı mövcuddur. Bu qəbildən olan qadın adlarında şeh sözü gül üzərinə düşmüş incə su damlaları anlamında olub, bənzətmə məzmunu ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. çeh sözünə -li şəkilçisinin qoşulması ilə yaranmış qadın adıdır.
Şehli (bax: ad – ŞEH; -LI4) qadın adı dilimizin antroponimik vahidlər sistemində gözəllik anlayışları ifadə edən şəxs adları sırasında olub, üzərinə şeh düşmüş gül kimi gözəl (qadın) anlamına gəlir. Adın təhrif olunmuş Şöhlü, Şəhli formaları da sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. çeyda sözündən olub, dilimizdə dəlicəsinə vurğun, sevgidən ağlını itirmiş, eşq divanəsi, məftun olmuş mənalarını ifadə edir.
Şeyda Azərbaycan antroponimik vahidlər sistemində müştərək şəxs adları sırasındadır. Keçən əsrin ortalarından məişətimizdə Şeyda daha çox qadın adı kimi rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. çabnam dilimizdə şeh, yəni gecələr torpaq, bitki, kol və güllərin üzərinə qonan incə su damlaları mənasındadır.
Türk antroponimik vahidlər sistemində mövcud Şəbnəm qadın adı məişətimizə XX əsrin ortalarında daxil olmuş, bu günə qədər dəbdən düşməyən qadın adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. çafa sağalma, yaxşılaşma, hər hansı xəstəlikdən, həmçinin əzab-əziyyət çəkməkdən qurtarma anlamlarını ifadə edir.
Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Səfa həm də bir sıra mürəkkəb şəxs adlarının tərkibində mövcuddur. Qeyd etmək lazımdır ki, XX əsrdə Şəfa adı kimi, tərkibində adın komponent olaraq işləndiyi mürəkkəb adlar dəbdə olsa da, bu gün dəbdən düşmüşdür.
Azərbaycan şəxs adlarının izahlı lüğəti