fars. mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş çah titulu və Nabat adının birləşməsindən əmələ gəlmiş mürəkkəb şəxs adıdır.
Şahnabat (bax: ad – ŞAH; NABAT) qadın adı şahlara, hökmdara layiq nabat, şirni mənasındadır. Adın təhrif olunmuş formaları Şanabat, Şanobat da sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. çahnaz klassik muğamlardan birinin – “Şur” muğamının bir hissəsinin adıdır.
Şahnaz həmçinin keçmişdə zərli ipək parça növlərindən birinin adı olmuşdur. Azərbaycan antroponimikasında parça növləri ilə əlaqədar kifayət qədər qadın adı mövcuddur. Ehtimal ki, Şahnaz da ipək parçanın adı ilə əlaqədardır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş çah titulu və Pari adının birləşməsindən əmələ gəlmiş mürəkkəb şəxs adıdır.
Şahpəri (bax: ad – ŞAH; PƏRİ) qadın adı pərilərin başçısı, pərilər şahı mənasındadır. Adın təhrif olunmuş forması Şapəri də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş çah titulu və rux (üz, çöhrə, sima) sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Şahrux (bax: ad – ŞAH; RUX) qadın adı simasında, üzündə şahlıq əzəməti olan mənasındadır. Adın təhrif olunmuş Şahruh forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş çah titulu və ərəb. Sanam adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Şahsənəm (bax: ad – ŞAH; SƏNƏM) qadın adı gözəllər gözəli, ən gözəl (qadın, qız) mənasındadır. Adın təhrif olunmuş Şasənəm forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. mürəkkəb adların tərkibində işlənən arxaik ləşmiş çah titulu və zada sözünün birləşməsindən yaranmış şəxs adıdır.
Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Şahzadə (bax: ad – ŞAH; ZADƏ) adı şahın övladı, şah nəslindən olan anlamındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti