isfandiyar (əslində esfandeyar) sözü dilimizə Allahın bağışladığı, Tanrının hədiyyəsi, Allahın yadigarı kimi tərcümə olunur.
Adətən İsfəndiyar kişi adı şəmsi təqvimində isfənd (fars dilində esfand) ayının adı ilə də əlaqələndirilir. Qədim şəmsi təqvimində on ikinci ay esfand adlanır (miladda 20 fevral- dan 20 marta qədərki dövrü əhatə edir). Vaxtilə həmin ayda anadan olan qızlara İsfənd (farsca esfand), oğlanlara isə İsfəndiyar (farsca esfandeyar) adı qoyurmuşlar. İranın Kəyan sülaləsi şahlarından Kəştasibin oğludur. İran mifologiyasında İsfəndiyar əfsanəvi hökmdar kimi təqdim edilir. Məşhur Rüstəm Zalın rəqibi olmuşdur. Klassik Şərq poeziyasında İsfəndiyar qüdrətli hökmdar rəmzi kimi, Rüstəm isə yenilməz pəhləvan rəmzi kimi tez- tez rast gəlinir. Ə.Firdövsinin “Şahnamə” əsərində İsfəndiyarın Rüstəmlə döyüş səhnələri təsvir olunmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiibrani. yishaq sözündəndir.
Sonradan ərəb dilinə keçmişdir. İshaq Yishaq sözünün ərəbcələşdirilmiş formasıdır. İshaq sözü dilimizdə gülmək (gülür, gülüş, güləcək, gülmə və s.) feili ilə əlaqədardır. Sonradan çox danışmaq, uzunçuluq, həmçinin artıq tamah, rəngdən-rəngə düşmək kimi mənaları da yaranmışdır. Dinlər tarixində İshaq Peyğəmbər İbrahim Peyğəmbərin oğlu və Eysin atasıdır. Ərəb tarixinə əsasən İsgəndər Zülqərneyn də Eysin nəslindəndir. Beynəlxalq adlardan hesab edilir. Azərbaycan dilində İshaq, rus, alman dillərində İsaak, ingilislərdə Ayzak, Ayzek, italyanlarda İzakko və s. “Quran”da qeyd edilir ki, İbrahimin açıq ürəklə qonaqladıqları şəxslər ona ahıl çağında oğlu olacağını söyləyirlər. Həqiqətən də İbrahimin çox yaşlı vaxtında oğlu dünyaya gəlir. Adını İshaq qoyurlar. İsmayıldan beş yaş kiçik olması haqqında da yazılara rast gəlinir. “Quran”da İshaqın dünyaya gələcəyini mələklərin xəbər verdiyi qeyd edilir. İslamda İshaqın İbrahimin kiçik qardaşı olması barədə də məlumatlar vardır. Bənzər rəvayətə “Bibliya”da da rast gəlinir. Patriarx Avraamın arvadı Sarra çox yaşlı vaxtlarında gələcəyi xəbər verənlərdən eşidir ki, övlad dünyaya gətirə biləcəkdir. Buna inanmayaraq gülür. Həqiqətən də oğlu dünyaya gəlir. Ana olacağı xəbərini eşidərkən güldüyü üçün oğluna da İshaq (gülüş, gülmə) adını qoyur. “Quran”da adı çəkilən İshaq Həzrət İbrahimin oğlu və Həzrət Yaqu- bun atası kimi təqdim edilir. Adın təhrif olunmuş variantı İsak da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətialeksoaner (alexoaner) sözündən olub, dilimizə tərcümədə mərd kişi, kişi müdafiəçi, cəsur kişi, mərd mühafizəçi mənasındadır.
Aleksoaner adı əslində iki hissədən ibarət- dir. “Alekso” müdafiə, “aner” isə kişi, kişilik, ər mənasındadır. Haqqında dünyada saysız-hesabsız rəvayətlər söylənilən Makedoniyalı Aleksandrın (Makedoniyalı İsgəndərin) adı ilə əlaqədardır. Makedoniyalı İsgəndər, III Böyük İsgəndər, Alexander Magnus (latın dilində) müsəlman Şərqində İsgəndər Zülqərneyn (m.ə. 356-m.ə. 323) kimi tanınmış qədim dünyanın çox görkəmli sərkərdəsi və dövlət xadimi, m.ə. 336-cı ildən Makedoniya hökmdarı, Aristotelin şagirdi olmuşdur. O, həm atlı, həm piyada qoşunu, həm də güclü hərbi donanması ilə bir sıra yürüşlərdə böyük qələbələr əldə etmişdir. Yunanıstanı, Bizansı, Suriyanı, Orta Asiyanı, Əfqanıstanı, Hindistanı və İranı işğal edən sərkərdə müsəlman Şərqində İsgəndər Zülqərneyn, Makedoniyalı İsgəndər, İsgəndəri-Kəbir, İsgəndər Rumi adları ilə tanınır. Şərq folklorunda İsgəndərlə bağlı kifayət qədər rəvayət, əfsanə, nağıl və s. mövcuddur. Hətta dini rəvayətlərdə deyilir ki, 124 min peyğəmbərdən biri olan Süleymanın sehrli üzüyü, Cəmşidin sehrli camı, fateh İsgəndərin isə sehrli güzgüsü varmış. Bütün dünyada baş verən hadisələr guya bunlar vasitəsilə məlum olarmış. Yazılı ədəbiyyatda da İsgəndərin adına rast gəlinir. Şərqdə məşhur sənətkarlardan Firdövsi, Nizami, Əlişir Nəvai, Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami və başqa şairlər onun qəhrəmanlığına və apardığı müharibələrə həsr etdikləri əsərlər yaratmışlar. Bu əsərlərdə İsgəndər ideal hökmdar kimi təqdim edilmişdir. Əslində Şərqdə fateh İsgəndərə münasibəti heç də birmənalı saymaq olmaz. Doğrudur, İsgəndər Şərqdə həm adil hökmdar, yenilməz sərkərdə kimi xatırlanır. Tarixdən məlum olduğu kimi, miladdan 330 il qabaq İsgəndər Daranı məğlub edib İranı fəth edərkən ölkədəki dağıdıcı siyasətinə, eləcə də zərdüştiliyin müqəddəs kitabı “Avesta”nı yandırdığına görə Şərq ölkələrində həm də İsgəndəri-məlun (lənətə gəlmiş İsgəndər) kimi yad edilmişdir. Nil çayının deltasında saldırdığı İsgəndəriyyə şəhəri onun adını daşıyır. Qeyd etmək lazımdır ki, onun fatehliyi sayəsində yaratdığı dövlət antik dövrün ən qüdrətli dövləti olmuşdur. Qədim yunan və Şərq tarixinin bir çox səhifəsi İsgəndərin adı ilə bağlıdır. Qeyd etmək lazımdır ki, İsgəndərin hərbi yürüşləri Qədim Yunanıstan hərb sənətinin yüksək mərhələsi hesab edilir. N.Gəncəvinin “İsgəndərnamə” əsərinin həm ”Şərəfnamə”, həm də “İqbalnamə” hissəsində orta əsrlərdə Yaxın Şərqdə ən ağıllı hökmdar kimi şöhrət tapmış İsgəndərin həyatı təsvir edilmişdir. Yaxın Şərqdə əl-İsgəndər (ərəbcələşdirilmiş formada) kimi işlənir. Ərəblər Aleksandr sözünün ilk iki hərfini (al) artikl olaraq işlətmişlər. Beləliklə, ad ərəb dilində əl-İsgəndır kimi formalaşmışdır. XX əsrdə olduğu kimi, bu gün də məişətimizdə çox geniş yayılmış İsgəndər kişi adı birbaşa ərəb dilindən alınmadır. Dilimizdə çox vaxt Böyük İsgəndər, Makedoniyalı İsgəndər, Fateh İsgəndər kimi işlədilir. Adın daşıyıcıları arasında məşhur şəxsiyyətlər çox olmuşdur. Tanınmış Səfəvi tarixçisi, xəttat, türk soylarının qədim tükman tayfasından olan, məşhur “Tarixi-aləm arayi-Abbasi” əsərinin müəllifi İsgəndər bəy Münşi Şah Abbas sarayında böyük katib (münşi) vəzifəsini tutmuşdur. XIX əsrdə daha bir tarixçi – İsgəndər bəy Məhəmmədkərim bəy oğlu Hacınski (1809-1878), Bakı qəza məktəbini bitirib, ixtasasca tarixçi olsa da, əlahiddə Qafqaz korpusu qərargahında, Qafqaz canişini dəftərxanasında, rus ordusunda tərcüməçi vəzifəsində çalışmışdır. “Qubalı Fətəli xanın həyatı” (1847) əsərinin müəllifi mayor İsgəndər Hacınski Dağıstanda gedən döyüşlərdə və Krım müharibəsində (1853-1856) iştirak etmiş, 1857-ci ildə Rusiya–Qacar danışıqları bitəndən sonra Bakı karantin idarəsinin baş komissarı və liman kapitanı vəzifəsində çalışmış, 1877-ci ildə istefaya çıxmışdır. XX əsrdə İsgəndər adının populyarlaşmasında N.Gəncəvinin “İsgəndərnamə” əsərinin də özünəməxsus rolu olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiİs... ilə başlayan kişi adlarının əzizləmə və oxşama məzmunlu kiçildilmiş formasıdır.
Sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Addan soyad da formalaşmışdır. Adın daşıyıcıları arasında tanınmış yazıçı, nasir, kinossenarist İsi Məlikzadə (1934–1995) bu gün də sevilə-sevilə seyr edilən otuza yaxın filmin ssenarisinin müəllifi olmuşdur. Onların arasında “Alma almaya bənzər”, “Ağ atlı oğlan”, “Evlənmək istəyirəm” və s. göstərmək olar.
Azərbaycan şəxs adlarının izahlı lüğətiislam sözündəndir. İslam adı ərəb dilində slmkökündən törəmişdir. Monoteist dinlərdən biri olan sonuncu dinin (müsəlmanlıq) adındandır. İslam sözü sülh, barışıq, itaətkarlıq anlamındadır.
Sözün ümumi olaraq qəbul edilən iki anlamı vardır: 1) sülh (salam da bu kökdəndir); 2) boyun əymək, itaət etmək (Allaha təslim olmaq). Başqa sözlə, İslam yeganə Allaha təslim olmaq, boyun əymək deməkdir. Din tarixinə görə, İslam VII əsrin əvvəllərində Qərbi Ərəbistanda (Hicaz əyaləti, Məkkə şəhəri) Allah tərəfindən insanların hidayəti üçün göndərilmiş dindir. İslamın peyğəmbəri və təbliğatçısı bütün müsəlmanlar tərəfindən Allahın sonuncu elçisi kimi qəbul olunan Qureyşilər qəbiləsi, Haşimilər tayfasının nümayəndəsi Məhəmməd Peyğəmbərdir. Məhəmməd Peyğəmbər dünya tarixinin ən nüfuzlu şəxsiyyətlərindən hesab edilir. İslamın başlanğıc nəzəriyyəsi “Qurani-Kərim”də izah olunur və “Qurani-Kərim” Allahın kəlamı, Məhəmməd Peyğəmbərə nazil olunan ilahi vəhydir. Şəxs adlarının izahlı lüğətlərində İslam antroponiminin əfsanəvi Yaqub Peyğəmbərin qədim yəhudi dilində Şaul®Saul®İsrail ləqəbi ilə, həmçinin səlam/salam (itaət etmək, sadiq olmaq) sözü ilə əlaqədar olması barədə məlumatlara da rast gəlinir. Şərqdə olduğu kimi, ümumilikdə türk antroponimik vahidlər sistemində də İslam kişi adı geniş yayılmış şəxs adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiyisma’el sözü dilimizdə Allah eşidər, Tanrı xəbər tutar mənasındadır.
İsmayılın bu sözün ərəbcələşdirilmiş forması olması barədə mənbələrdə kifayət qədər məlumatlara rast gəlinir. Müqəddəs kitab “Quran”da adı çəkilən İsmayıl Peyğəmbər İbrahim Peyğəmbərin arvadı Saraya Misir padşahı tərəfindən bağışlanmış kənizdən – Hacərdən olan oğludur. Rəvayətə görə, İbrahim Peyğəmbər Allaha ona oğul verməsi üçün dua edərkən “uca Tanrı, duamı eşit və cavab ver (isma yə İl)” deyə müraciət etmişdir. Bu səbəbdən oğlu olanda İsmayıl adını vermişdir. Atası İbrahimi qurban vermək istərkən Tanrı uşağının yerinə Cənnətdən mələklər vasitəsilə qurbanlıq qoyun göndərir. İslam dinidə İsmayıl həm də ərəb peyğəmbərlərin atası adlandırılır. Allahın əmri ilə İbrahim Peyğəmbər Kəbəni inşa edərkən İsmayıl da ona kömək etmişdi. İsmayıl kişi adı bu gün də məişətimizdə geniş yayılmış şəxs adları sırasındadır. Azərbaycanda adla əlaqədar İsmayıllı toponimi də məlumdur. Adın məşhur daşıyıcılarından XIX əsrdə yaşamış, hərbi xidmətə Əlahiddə Qafqaz Korpusu tərkibindəki alayda sıravi əsgər kimi başlayıb general-mayor rütbəsinə qədər yüksəlmiş İsmayıl bəy Qutqaşınlı (1809-1861) Azərbaycan maarifçiliyinin təşəkkülü dövründə özünün yeni insan, yeni ictimai münasibətlər haqqındakı arzularını bədii yaradıcılığında da ifadə etmişdi.
Azərbaycan şəxs adlarının izahlı lüğətiismat sözü dilimizdə İslam dininə uyğun davranmaq, namus, qeyrət, qorunma, mühafizə, həya, abır, irz, şərəf, mənəvi təmizlik, məsumluq, günahsızlıq mənasındadır.
İsmət sözü Azərbaycan dilində ümumişlək sözlər sırasındadır. İsmatli insandır; İndiyadak ismatina qısılmıçdı və s. kimi ümumişlək ifadələr, eləcə də Ailada qadının ismati arin izzatidir və s. kimi deyimlər dilimizdə kifayət qədərdir. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan İsmət adı məişətimizdə geniş yayılmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən İsmat və Üllah adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Əsində İsmətüllah (bax: ad – İSMƏT; ÜLLAH) olan kişi adı Tanrının həmayili, Allahın günahsız bəndəsi, Allahın həyasına qısılan bəndəsi, qulu
anlamlarını ifadə edir.
Adın təhrif olunmuş forması İsmətulla da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün ad yalnız İsmətulla şəklindədir. Azərbaycanın, əsasən, cənub bölgələrində geniş yayılmış şəxs adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiism sözündən olub ad deməkdir. Qrammatikada canlı və cansız əşyaların adını bildirən nitq hissəsinin adı isim də bununla əlaqədardır.
Dilimizin fonetik quruluşuna uyğun dəyişərək isim şəklinə düşmüşdür. İsmi kişi adı əslində adı olan, adı ilə tanınan mənasındadır. Bu gün məişətimizdə unudulmaqda olan şəxs adlarındandır. İsmi vaxtilə yalnız Azərbaycanda deyil, ümumiyyətlə Cənubi Qafqaz və İran üçün səciyyəvi titullardan olmuşdur. Məlum olduğu kimi, Azərbaycan şəxs adları sistemində tituldan formalaşmış kifayət qədər antroponim mövcuddur. İsmi də bu qəbildən olan kişi adları sırasındadır. Bu gün artıq dilimizin antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan, yalnız soyadlarda yaşayan kişi adlarındandır. Addan formalaşmış İsmiyev, İsmizadə soyadlarının kifayət qədər geniş yayılması adın elə də uzaq olmayan keçmişə qədər populyar olduğuna dəlalət edir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti
mürəkkəb adların tərkibində işlənən İsmi adı və azərb. arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır. İsmixan (bax: ad – İSMİ; XAN) kişi adı ismi/adı xan olan (adam), İsmi xan anlamlarındadır.
XX əsrdə İsmixan kişi adı da, İsmixanov, İsmixanlı soyadları da məişətimizdə geniş yayılmış antroponimlər sırasında olmuşdur. Adın daşıyıcıları arasında tanınmış şəxslərdən biri də respublikada xarici dilin tədrisi sahəsində uzun müddət çalışmış, sovet dövründə repressiya dalğasından yan keçə bilməyən, ingilis dili mütəxəssisi, tələbələrin iftixarla xatırladıqları İsmixan Rəhimovdur. Qazaxıstanın Medeus bölgəsində yerləşən İsmixan məscidi ölkənin əsrlərdən bəri öz ciddi və mühafizəkar görkəmi ilə gələnlərin heyrətinə səbəb olan çoxsaylı tarixi abidələrdən biridir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən İsmi adı və fars. zar sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Azərbaycan dilində müştərək adlardan olan İsmizər (bax: ad – İSMİ; ZƏR) kişi adı ismi (adı) zər kimi parıltılı (olan), qızıl kimi cəlbedici, xoşagələn, gözəl olan (adam) anlamındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti