imran (əslində ümran) sözü dilimizdə məskunlaşmaq, yaşam, abadlıq, tərəqqi, rifah, mədəniyyət, həmçinin çiçəklənmə mənalarını ifadə edir.
Mənbələrdə “Kitabi-Dədə Qorqud” dastanlarındakı Amran adı ilə, qədim uyğur dilində olan “əmrak” (dostluq), monqol dilində “amarak” (dost), altay dilində “amur” (sakitlik) sözləri ilə eyni kökdən olması ilə bağlı ehtimallara da rast gəlinir.Əslində İmran kişi adı müqəddəs kitab ”Quran”dan məlum adlardandır. “Quran”da ayələrdən biri “İmran ailəsi (nəsli)” adlanır. Həm də nəql olunan hekayətdən İmranın Məryəmin atası olduğu da aydınlaşır. İmran kişi adı bu gün Cənubi Qafqazın hər üç respublikasında yaşayan xalqların məişətində mövcud kişi adları sırasındadır. İmran (Amran, Amiran, Amrani) şəxs adı məişətimizdə geniş yayılmış kişi adlarındandır. Adın məşhur daşıyıcılarından biri də yazıçı, XX əsrin görkəmli dramaturq və kinossenaristi, Dövlət mükafatı laureatı, Xalq Yazıçısı İmran Qasımovdur (1918-1981). Ədibin yaradıcılığında əsas yerlərdən birini tutan əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin qəhrəmanlığından bəhs edən “Uzaq sahillərdə” filmi əlli ildən artıqdır ki, xalq tərəfindən sevilir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiemre dostluq, aşiq olma, vurğun, mübtəla, bir də böyük qardaş mənalarını ifadə edir.
Adı əbədiləşdirən türk dünyasının dahi sənətkarlarından olan Yunus İmrə/Əmrə (1238-1320) sufizm fəlsəfəsini sadə xalq dilində qoşmalarda, eləcə də əruz vəznində yaratdığı qəzəl və məsnəvilərdə ifadə etmiş, şeirimizi yüksək bədii səviyyəyə qaldırmış, özündən sonra yaranan Türkiyə, Azərbaycan və türkmən ədəbiyyatının sonrakı mərhələsinə də güclü təsir göstərmişdir. Anadoluda müxtəlif xalq ozanlarının, aşıqların, həmçinin dərvişin adında iştirak edən Əmrə/Emre sözünün (məsələn, Yunus Əmrə, Tapdıq Əmrə və b.) türkcədə “aşiq” mənasını verdiyi elmi baxımdan dəqiqləşmiş vəziyyətdədir. Bu sözün İmrə anlayışı ilə əlaqəli olduğu qəbul edilməkdədir. Türk-monqol dillərində dərman, işarə bildirən (Am/Əm/Em/İm) kökündən törəyən Amramaq/Əmrəmeq/İmrəmek feilləri “aşiq olmaq” mənasındadır və əmrə sözü də aşiq mənası daşıyır. Amrağ/Amra/Əmrə kimi dəyişikliyə uğramışdır. Anadoluda bu gün də işlənən “imremek” və “imrenmek” feilləri bir şeyi çox sevmək, qibtə etmək, həddindən artıq istəklənmək mənaları daşıyır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiinad sözü dilimizdə dediyinin üstündə dayanan, dediyini yeritməyə çalışan, güzəştə getməyən, tərs, höcət mənasındadır.
Lakin bir də möhkəmlik xüsusiyyətləri ifadə edən əzm, dəyanət, səbat, mətanət, əzmindən dönməzlik mənaları da vardır. İnad kişi adı da əzm, dəyanət, dönməzlik anlamındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiinal hakim, hökmdar, xan, xanzadə, şahzadə, ana tərəfdən xan nəslinə aid olma, həmçinin dost, yoldaş anlamlarını ifadə edir.
Türkiyə türklərində geniş yayılmış kişi adlarındandır. Bu gün məişətimizdə ərəb-fars mənşəli şəxs adlarının nəfinə artan türk adlarındandır. Hələ məişətimizdə nadir hallarda təsadüf edilsə də, gələcəkdə İnal adlı gənclərin sayının artacağı şübhə doğurmur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiinayat sözü dilimizdə kömək, qayğı, diqqət, mərhəmət, rəhm, iltifat, şəfqət, yaxşılıq mənasındadır.
Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan İnayət dilimizdə Mərhəmət (bax: ad – MƏRHƏMƏT), Rəhim (bax: ad – RƏ- HİM), İltifat (bax: ad – İLTİFAT), Şəfaqət (bax: ad – ŞƏFAQƏT), Yaxşı (bax: ad – YAXŞI) kimi şəxs adları ilə sinonimdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiinqilab sözü dilimizdə dəyişiklik, dəyişkənlik, hər hansı bir sahədə – elm, texnika, incəsənət və s. sahələrdə əsaslı, köklü dəyişiklik, yenilik mənasındadır.
Siyasi termin kimi isə zorakı ictimai çevriliş, dövlət hakimiyyətinin hakim sinfin əlindən başqa sinfin əlinə keçməsi kimi izah edilir. İnqilab kişi adı dəyişiklik, yenilik anlamındadır. Türk xalqlarında da, ərəblərdə də İnqilab şəxs adına təsadüf edilmir. Azərbaycan dilində Şura (bax: ad – ŞURA), Marlen (bax: ad – MARLEN), Karlen (bax: ad – KARLEN) və s. kimi XX əsrin iyirminci illərində siyasi quruluşun dəyişməsi, inqilab yolu ilə bərqərar olan bolşeviklər hakimiyyətinin dövründə yaranmış şəxs adlarındandır. XX əsrin altmışıncı illərinə qədər məişətimizdə geniş yayılmış kişi adlarından olsa da, sonradan müşahidəediləcək dərəcədə azalmışdır. Adın daşıyıcılarından I Qarabağ müharibəsində döyüş bölgələrində göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adına layiq görülmüş İnqilab İsmayılov (1962–1992) fəxr olunası qəhrəmanlarımızdandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiinsaf sözündən olub, dilimizdə vicdan, ləyaqət hissi, öz hərəkətləri üçün mənəvi məsuliyyət hissi, vicdana müvafiq hərəkət, rəhm, mürüvvət, şəfqət, ədalət mənasındadır.
Azərbaycanlı ailələrdə yeni dünyaya gəlmiş övladlara gözəl səslənən, gözəl məna daşıyan sözlərdən yaranmış adlar verməyi çox sevirlər. Bu, artıq əsrlərdən bəri ənənə halını almışdır. İfadə etdiyi mənaya görə xalqımızın sevə-sevə övladlarına qoyduğu adlardan olan İnsaf kişi adı dilimizdə Ədalət (bax: ad – ƏDALƏT), Rəhim (bax: ad – RƏHİM), Mürvət (bax: ad – MÜRVƏT), Şəfaqət (bax: ad – ŞƏFAQƏT) kimi şəxs adları ilə sinonimdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti