Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

barmaxçıl1

Bərdə, Gəncə, Sabirabad

Bax: barmaxça. □ Nişan aparanda bir dənə də barmaxçıl aparıf taxıllar qızın barma:na (Bərdə).

barmaxçıl2

Ağcabədi, Cəbrayıl, Zəngilan

Bax: barmaxçalıx2. □ Çin kəsməməx'dən ötrü barmaxçılı ge:rdix' barma:mıza (Ağcabədi); Barmaxçıl olmasa, qılçıx adamın barma:n yə:r (Zəngilan); Saleh Süleymana dörd barmaxçıl tix'di (Cəbrayıl).

Azərbaycan dilinin dialektoloji lüğəti

barmaxçılıx1

Göyçay, Mingəçevir

Bax: barmaxçalıx2. □ Biçində barmaxçılıx taxıllar, o da onnan ötürüdü ki, küləş barmağı dağıtmasın (Göyçay).

barmaxçılıx2

Bərdə, İmişli

Bax: barmaxça. □ Yetər barmaxçılığını barmağınnan çıxartmır ki, itər (Bərdə).

Azərbaycan dilinin dialektoloji lüğəti

barranmax1

Qazax, Tovuz

Bax: barramax. □ Çörəx' barranıf yeyləsi döyü (Qazax); Çörəyin üstünü isti-isti basırıfsınız barranıf (Tovuz).

barranmax2

Ağdam, Bərdə, Şuşa

Xəstəlik nəticəsində ağızda ərp əmələ gəlmək. □ Adamın sö:ux dəyməsi, qızdırması olanda ağzı barranır (Ağdam).

Azərbaycan dilinin dialektoloji lüğəti