Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

addamaş1

Gədəbəy, Zəngibasar, Şəm­kir, Tovuz

Bax: addama. □ Sona, aşağı­dakı addamaşdan keş (Tovuz).

addamaş2

Ağdaş, Göyçay, Oğuz, Şəmkir

Tapdanma nəticəsində çəpərdə əmələ gəlmiş keçid. □ Addamaşdan sıçrıyanda ürgənin qarnına mıxca batıf elə orda canı çıxıf (Şəmkir).

Azərbaycan dilinin dialektoloji lüğəti

addandırmax1

Gəncə

Bax: addamağ. □ Qasımın qızını üç gündü ki addandırmışıx.

addandırmax2

Füzuli

Adlı-sanlı etmək, şöhrət qazandırmaq. □ Kazımı nahax bu qədər addandırıllar, o muna layix döy.

Azərbaycan dilinin dialektoloji lüğəti

a:dı

Biləsuvar, Qax, Qazax, Şəki, Şəmkir

Bax: a:di. □ Diyi a:dı mənin xabarı yoxdı, Əmir cücəni danğan kimi danğıy (Qax); Söyün kişi bu qalxozda a:dı işdəmöyüf (Qazax).

Azərbaycan dilinin dialektoloji lüğəti