Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

zağar1

Quba

Bax: zağa1. □ Bu uşağ hələ əvvəldən zağardu.

zağar2

Cəlilabad, Lənkəran, Masallı, Salyan

1. Əli yaman zağar adamdu, xoşuma gəlmey (Lənkəran).

2. Dikbaş, sözə qulaq as­mayan (Salyan). □ Bı kətdə zağar uşağ azzı.

zağar3

Ağcabədi, Borçalı, Cəbrayıl, Gədəbəy, Hamamlı, Qazax, Masallı, Mingə­çevir, Tovuz, İrəvan

1. Qısaboy, həm də kök (adam) (Borçalı, Gədəbəy, Hamamlı, Mingəçevir, İrəvan). □ Bizim kəntdə bir zağar kişi vardı, əniynən uzunu biriydi (İrəvan); Zağar adam gödəx di (Gədəbəy); Zağar adam hirisdi olar (Borçalı).

2. Yekəqarın (Ağcabədi, Cəbrayıl, Gədəbəy, Qazax, Masallı, Tovuz). □ Zağar kişi çox işdiyəmməz (Qazax); O, zağarın biridi (Ağcabədi).

3. Qarınqulu (Cəbrayıl). □ Sən çoxda:n zağarısan.

Azərbaycan dilinin dialektoloji lüğəti