Basarkeçər, Cəlilabad, Gədəbəy, Goranboy, Kəlbəcər, Qazax, Ordubad, Tərtər
Sandıq. □ Yaxdana paltar qoyurux (Tərtər); Nəyim var, hamısı bu yaxdandadı (Goranboy); Yaxdana xırda pul qoyurdum o vaxdarı (Göyçay); Yaxdan taxtadan qayrıler (Qazax); Arvad yaxdanın ağzın kilitdədi (Cəlilabad).
Azərbaycan dilinin dialektoloji lüğətiÇənbərək, Karvansaray
Batmaq (günəşə aiddir). □ Gün yaxdı, bir iş görəmmədim (Karvansaray).
Çənbərək, Dərbənd, Karvansaray
Yandırmaq. □ Hər axşam manqalyaxıllar (Karvansaray); Piçi yax (Dərbənd).
Şəki
Salmaq, döşəmək. □ Yerlərimizi yaxax, yatax.
Ağdaş
Lovğalanmaq.
Cəbrayıl
Uydurmaq, goplamaq. □ Genə özünnən nə yaxırsan?
Azərbaycan dilinin dialektoloji lüğəti